Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4161/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, “Azərbaycan Respublikasının X1 Dövlət Agentliyi” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhər Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Azərbaycan Respublikasının X1 Dövlət Agentliyi” mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. “Azərbaycan Respublikasının X1 Dövlət Agentliyi” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxarkən müəyyən edilmişdir ki, işin icraatını rədd edən hallar mövcuddur. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki «Azərbaycan Respublikası X1 Dövlət Agentliyi» tərəfindən balansında olan “TOYOTA COROLLA” minik markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə «Azərbaycan Respublikası X1 Dövlət Agentliyi» nin mülkiyyətində olan “TOYOTA COROLLA” minik markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikası İXM-nin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq belə qərara gəlir ki, Azərbaycan Respublikası X1 Dövlət Agentliyi barəsində tərtib olunmuş protokol inzibati məsuliyyətə cəlb edilməli olmayan subyekt barəsində tərtib olunduğu üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə – vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Belə olan halda inzibati xəta haqqında qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokol dövlət orqanı barəsində deyil onun vəzifəli şəxsli barəsində tərtib olunmalı idi. Maddənin dispozisiyasından və sanksiyasından da göründüyü kimi, məlumat vermək öhdəliyi hüquqi şəxsin özünün və ya onun vəzifəli şəxsinin, o cümlədən dövlət orqanının vəzifəli şəxsinin vəzifəsi kimi qeyd olunmuşdur. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi protokolu dövlət qurumunun vəzifəli şəxsi barəsində yox, həmin qurumun özü barəsində tərtib etmişdir. X1 Dövlət Agentliyi hüquqi şəxs yox, dövlət orqanıdır və hazırki inzibati xətanın subyekti deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan Azərbaycan Respublikası X1 Dövlət Agentliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53.1.2, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: “Azərbaycan Respublikasının X1 Dövlət Agentliyi” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4161/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4161/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver