Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4177/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X7, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis X1 iştirakları ilə, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, bildirir ki, 2025-ci il 13 sentyabr tarixdə Nərimanov rayonu ərazisində X13 əməkdaşları idarə etdiyi Hundai Tucson markalı 77 - DZ- 687 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq, onu sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı müayinəyə cəlb etmişlər. İcraat zamanı saxlanılmağının əsasını soruşmağına baxmayaraq ona bu barədə məlumat verilməmişdir. Daha sonra X13 əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məcburi şəkildə ona imzalatdırılmışdır. İmzalamayacağı təqdirdə isə yanlarında xidmət aparan Post Patrul Xidməti vasitəsi ilə şöbəyə aparılacağını və polisə müqavimət göstərməklə barəsində icraat başlanılacağı hədəsi ilə hədələnmişdir. Nəticədə barəsində əsassız olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra yanlarında xidmət aparan Post Patrul Xidmətinin əməkdaşı tərəfindən Nərimanov DYP İdarəsinə aparılmışdır. Polis idarəsində olan zaman 8-ci otaqda xidmət aparan polis mayoru Zülfüqar Nəbiyev ona kalkulyatorda 1000 (bir min) rəqəmi göstərməklə, ona min manat verəcəyi təqdirdə məsələnin həll olunacağını, əks təqdirdə cərimə olunacağını bildirmişdir. Bununla razılaşmayaraq, günahsız olduğunu və heç bir əsas olmadan barəsində tərtib edilən inzibati xəta haqqında iş üzrə icraatın qanunvericiliyin tələblərini pozduğunu və hüquqlarının istisna edildiyini bildirmişdir. Daha sonra elə həmin polis mayoru tərəfindən ona gözləməli olduğu bildirilmişdir. Lakin, saatlarla əsassız yerə polis idarəsində saxlanıldığını başa düşdükdən sonra, (xx.xx.2025-ci il tarixində təxminən saat 16:00 radələrində) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan Narkoloji Dispanserə gedərək tibbi müayinədən keçmişdir və xx.xx.2025-ci il tarixli ******* nömrəli həkim rəyi ilə onun sərxoş olmadığı təsdiq edilmişdir (əlavə olunur). Yol polisi əməkdaşı onu hər hansı bir əsas olmadan saxlamış və heç bir əsas olmadan sərxoşluq vəziyyətini yoxlamışdır. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləöv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X11 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları onu saxlayan vaxt nahar fasiləsi olmuş, işdən yeni çıxmışdır. Lakin, hər hansı spirtli içki qəbul emtəmişdir. Buna baxmayaraq, polis əməkdaşı cihaz vasitəsilə onu yoxladıqdan sonra içkili olmasını əsas gətirmişdir. İş materiallarında olan cihazın texniki göstəricilərinə görə onda 0.582 promil alkoqol aşkar edilməsi ilə razı olmadığını, həmin cihazın tarixinin düzgün olmadığını, verdiyi izahatda içki içməsini etiraf etməsi ilə bağlı verilən suala cavab olaraq, həmin vaxt polis əməkdaşının sadəcə xəbərdarlıq ediləcəyi ilə bağlı verdiyi vədinə inandığını bildirmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olmaması özünün sonradan əldə etdiyi müayinə sənədi ilə də təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, ərazidə xidmət aparan zaman şəxsin işıq cihazlarından düzgün istifadə etmədiyini görmüş və saxlayarkən özünü şübhəli aparmışdır. Bu zaman onun sərxoş olmasını ehtimal etmiş və alkotester müayinəsi zamanı şəxsdə sərxoşluq müəyyən olunmuşdur. Protokol tərtib edərkən özüdə alkotesterin nəticəsi ilə razılaşmış, həkimə ehtiyacı olmadığını bildirmişdir. Daha sonra barəsində protokol tərtib edilmişdir. Şəxsin izahatında göstərdiyi xüsusatları təkzib edərək, onun məsuliyyətdən yayınmağa çalışdığını, ona xəbərdarlıq ediləcəyi ilə bağlı vəd vermədiyini, cihazın texniki göstəricilərinin tam doğru olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X11 xx.xx.2025-ci il tarixində, saat 12:50 radələrində “Hundai Tucson minik" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 xx.xx.2025-ci il “Hundai Tucson minik" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğundan və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və o, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 13 sentyabr 2025-ci il tarixli protokolda görünür ki, X2 vəziyyətini təyin edən texnika ilə yoxlanılmış və onun spritli içki qəbul etdiyi müəyyən olunmuşdur. (0.582 promil) Özü tərəfindən həmin protokola qeyd yazılaraq müayinənin nəticəsi ilə razı olduğunu, həkimə ehtiyac olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli, İN 642228 saylı qəbzdən görünür ki, X8 alkoqolun miqdarı həmin gün saat 12.51-də 0.582 faiz olmuşdur. X11 tərəfindən təqdim edilmiş müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:20-də həyata keçirilmiş müayinə zamanı onun qanında alkoqol miqdarı 0.00 promil təşkil etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarının 2.4-cü maddəsinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, o cümlədən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci saylı inzibati tənbeh vermə haqqında qərarı, sərxoşluq vəziyyətinin təyin edilməsinə dair texniki vasitənin göstəricilərini, digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə, İXM-nin 84.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutları öz daxili inamı ilə qiymətləndirərkən aşağıdakı nəticələrə gəlir: İş materialları ilə müəyyən edilmişdir ki, 13 sentyabr 2025-ci il tarixdə X11 alkoqol təsiri altında “Hyundai Tucson” minik markalı nəqliyyat vasitəsini idarə etmiş, səlahiyyətli orqan əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Həmin gün saat 12:51-də aparılmış yoxlama nəticəsində X7 nəfəsində alkoqolun miqdarının 0,582 promil olduğu müəyyən edilmişdir. Bu fakt texniki vasitənin göstəricisi və müvafiq protokolla təsdiq olunur və özlüyündə mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ictimai təhlükəliliyi yüksək olan hüquqazidd əməldir. Bu cür hərəkətlər təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının – sərnişinlərin, piyadaların və digər sürücülərin həyat və sağlamlığı üçün birbaşa və ciddi risk yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da dəfələrlə qeyd olunduğu kimi, dövlətin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsindən (yaşamaq hüququ) irəli gələn pozitiv öhdəliklərindən biri də öz yurisdiksiyası altında olan hər kəsin yaşamaq hüququnu qorumaq üçün effektiv qanunvericilik və inzibati tədbirlər görməkdir. Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin müəyyən edilməsi və tətbiqi məhz bu pozitiv öhdəliyin yerinə yetirilməsinin vacib elementidir. Məhkəmə şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, məhkəmə-toksikoloji elmində və farmakokinetika sahəsində fundamental və ümumi qəbul edilmiş elmi həqiqətə görə, qəbul edilmiş etil spirtinin qana sovrularaq (absorbsiya) maksimum konsentrasiyaya çatması üçün müəyyən zaman tələb olunur. Elmi ədəbiyyatda göstərilir ki, bu proses ortalama 30 dəqiqədən 90 dəqiqəyə qədər davam edir. Həmin xarakterli işlərlə bağlı məhkəmə qeyd edir ki, qandakı etil spirtinin miqdarının bədəndən xaric edilməsi hər dəqiqə baş verməklə, ümumilikdə qəbul edilmiş spirtli içkinin miqdarına, şəxsin çəkisinə, xəstəliklərinə və digər hallara bağlı dəyişir. Müəyyən vaxt keçdikdən sonra isə tam şəkildə bədəndən xaric edilir. Şəxsin təqdim etdiyi müayinə protokolundan görünür ki, o növbəti müayinədən həmin gün saat 16:20-də, yəni ilkin yoxlamadan 3 saat 29 dəqiqə sonra keçmişdir. Mümkün haldır ki, həmin tarixdə artıq qandakı etil spirti tamamilə bədəndən xaric edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutur. Bu prinsipə görə, aradan qaldırılması mümkün olmayan bütün şübhələr şəxsin xeyrinə yozulmalıdır (in dubio pro reo). Lakin bu prinsip, məhkəmədən işin obyektiv halları və elmi faktlarla açıq-aşkar ziddiyyət təşkil edən, məntiqə uyğun olmayan və yalnız məsuliyyətdən yayınmaq məqsədi güdən fərziyyələri qəbul etməyi tələb etmir. Hazırkı işdə təqdim edilmiş sübutların məcmusu o qədər güclü və bir-birini tamamlayan bir zəncir təşkil edir ki, Yusif Quliyevin izahatı əsaslı şübhə yaratmaq gücündə deyildir. Bütün bu sübutların və hüquqi arqumentlərin məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, X7 əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri – həm obyektiv cəhət (sərxoş vəziyyətdə idarəetmə), həm də subyektiv cəhət (qəsd) – tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X7 inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X7 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4177/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4177/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver