Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-418/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP ******* nömrəli, 29 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 20400.00 avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti "xxxx" MMC-yə qoşulma nəticəsində ləğv edilmişdir. Qoşulma prosesi dövlət qeydiyyatına alınmış və müvafiq olaraq nizamnamə və reystrdən çıxarış verilmişdir. Eyni zamanda ölkədən çıxarılan pul vəsaitinin qarşılığında mallar Azərbaycan Respublikasına idxal edilmişdir. Belə ki, hazırki vəsatətə əlavə edilən "xxxx" Şirkəti (satıcı) ilə Şəxs MMC (alıcı) arasında bağlanılmış tarixli 21 noyabr 2021-ci il tarixli WK\2021\107 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan ƏLAVƏ №1 öz əksini tapmış malların alışma görə satıcıya ümumilikdə 40800,0 Avro vəsait ödənilmişdir. Ödəniş 2 hissədən ibarət olmuşdur. 1-ci ödəniş ümumi dəyərinin 50 faizi 29 dekabr 2021-ci il tarixdə 2-ci ödəniş ümumi dəyərin 50 faizi xx.xx.2022ci il tarixdə dəyəri ödənilən malların adları aşağıdakı kimi olmuşdur: -X1 TİF50-F article no 69247418 -Thermovvel TVV50-H-L5-Mİ-Sİ-0800-P-ZZ-Z-Z -Process thermocouple for additional thermovvel TC12-BADCK-K12A1-7FAAZ-ZZ- MNAE- 15001000- 08JZ-ZZ -Termovvel TVV50-H-L5-Mİ-Sİ-1000-P-ZZ-Z-Z -Bimetal thermometr Model R 5502 article İD 69247124 vith thermovvel TVV45 -X3 Gauges Model 233.50 article İD 69238062 range 0...10 - X3 Gauges Model 233.50 article İD 69238062 range 0...16. Malların dəyəri ödənildikdən və FCA şərtlərinə əsasən çatdırıldıqdan sonra mallara mülkiyyət hüququ alıcıya keçmişdir. Mallara dair mülkiyyət hüququ alıcıya keçəndən sonra Şəxs MMC ilə SOCAR-ın Heydər Əliyev adına X7 ilə bağlamış olduğu 21 yanvar 2022-ci il tarixli HS-90\2-22 nömrəli alqı satqı müqaviləsinə əsasən yuxarıda qeyd edilən mallar DAP İncoterms 2020 şərtlərinə əsasən X5 satılmışdır. Qeyd olunan müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, Şəxs MMC -X1 TİF50 F article no 69247418, -Thermovvel TVV50-H-L5-Mİ-Sİ- 0800-P-ZZ-Z-Z-Process thermocouple for additional thermovvel TC12-BADCK-K12A1-7FAAZ-ZZ- MNAE-15001000-08JZ-ZZ, -Termovvel TVV50-H-L5-Mİ-Sİ-1000-P-ZZ-Z-Z, -Bimetal thermometr Model R 5502 article İD 69247124 vith thermovvel TVV45, -X3 Gauges Model 233.50 article İD 69238062 range 0 ...10,- X3 Gauges Model 233.50 article İD 69238062 range 0....16 Alıcı X5 satmağı öhdəsinə götürmüşdür. 21 aprel 2022-ci il tarixdə Şəxs MMC qoşulma nəticəsində ləğv olunduğundan onun hüquqi varisi olan "xxxx" MMC ilə X7 arasında 21 yanvar 2022-ci il tarixli Alqı-satqı müqaviləsinə 1 saylı düzəliş olunmuş və "xxxx" MMC Şəxs MMC-ni 16 noyabr 2022-ci il tarixdə əvəz etmişdir. Həmin Düzəlişin ayrılmaz tərkib hissəsi olan 1 saylı qoşma görünür ki, "xxxx" MMC - X1 TİF50 F article no 69247418, -Thermovvel TVV50-H-L5-Mİ-Sİ-0800-P- ZZ-Z-Z-Process thermocouple for additional thermovvel TC12-BADCK-K12A1-7FAAZ-ZZ-MNAE- 15001000-08JZ-ZZ, -Termovvel TVV50-H-L5- Mİ-Sİ-1000-P-ZZ-Z-Z, -Bimetal thermometr Model R 5502 article İD 69247124 vith thermovvel TVV45, -X3 Gauges Model 233.50 article İD 69238062 range 0...10,- X3 Gauges Model 233.50 article İD 69238062 range 0...16 Alıcı X5 satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan mallar Azərbaycana idxal olunmuş və mallar 23 mart 2022-ci il tarixdə **********5136 sorğu nömrəli Gömrük Bəyannaməsi rəsmiləşdirilmişdir. Bəyannamədən görünür ki, bəyannamənin 31-ci bəndində öz əksini tapan malları göndərən kimi Şəxs MMC-nin tapşırığına əsasən, malı qəbul edən isə Heydər Əliyev adına X4muşdur. Gömrük Bəyannaməsinin 31-ci bəndində həmin bəyannamənin əlavəsində Malların təsvirində aşağıdakılar qeyd edilmişdir: -X1 TİF50 F article no 69247418, -Thermovvel TVV50-H-L5-Mİ-Sİ- 0800-P-ZZ-Z-Z-Process thermocouple for additional thermovvel TC12-BADCK-K12A1-7FAAZ-ZZ- MNAE-15001000-08JZ- ZZ, -Termovvel TVV50-H-L5-Mİ-Sİ-1000-P-ZZ-Z-Z, -Bimetal thermometr Model R 5502 article İD 69247124 vith thermovvel TW45, -X3 Gauges Model 233.50 article İD 69238062 range 0...10,- X3 Gauges Model 233.50 article İD 69238062 range 0....16 Gömrük Bəyannaməsinin 22-ci bəndindən görünür ki, malın invoys dəyəri 38253,16 ABŞ dollar olmuşdur. Gömrük Bəyannaməsinin 44-cü bəndinin 4011 qrafasmdan görünür ki, müqavilənin nömrəsi HS- 90\2-22, tarixi xx.xx.2022-ci il Gömrük Bəyannaməsinin 44-cü bəndinin 8001 qrafasmdan görünür ki, İnvoyce nömrəsi İNV- 302073001, tarixi xx.xx.2022-ci il Gemza Group MMC tərəfindən X6 verilmiş EBBW seriyalı 612094 nömrəli 19 may 20222-ci il tarixli elektron hesab fakturamn 2,3,4,5,6,7,8,9,10,11 və 12-ci bəndindən görünür ki, -X1 TİF50 F article no 69247418, -Thermovvel TVV50-H-L5-Mİ-Sİ-0800-P-ZZ-Z-Z- Process tlıermocouple for additional thermovvel TC12-BADCK-K12A1-7FAAZ-ZZ-MNAE-15001000- 08JZ-ZZ, -Termovvel TW50-H-L5-Mİ-Sİ-1000-P-ZZ-Z-Z, -Bimetal therraometr Model R 5502 article İD 69247124 vith thermovvel TVV45, -X3 Gauges Model 233.50 article İD 69238062 range 0....10,- X3 Gauges Model 233.50 article İD 69238062 range 0.....16 avadanlıqlar ümumi dəyəri ƏDV daxil 71197,62 manata satılmışdır. Mallar X7 tərəfindən qəbul edilmiş və onların dəyəri ödənilmişdir. Həmin elektron hesab fakturadan görünür ki, bu malların satılmasına əsas olmuş İNV-302073003 nömrəli invoice və 21 yanvar 2022-ci il tarixli HS-90\2-22 nömrəli alqı-satqı müqaviləsidir. Yuxarıda göstərildiyi kimi, malların, müqavilələrin, invoiceların malın dəyərinin eyniləşdirilməsi ilə müəyyən olunur ki, bu mallar "xxxx" Şirkəti (satıcı) ilə Şəxs MMC (alıcı) arasında bağlanılmış tarixli 21 noyabr 2021-ci il tarixli WK\2021\107 nömrəli alqı-satqı müqaviləsi ilə alınmış və ölkəyə idxal olunmuş mallardır. Göstərilənlərə əsasən, Şəxs nümayəndəsi və vəkili Vəkil təsdiqedici sənədləri məhkəməyə təqdim edib məhkəmədən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol üzrə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “X10 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Şəxs MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş **********5136 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş, 20400.00 avro məbləğində vəsait hesabına malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti "xxxx" MMC-yə qoşulma nəticəsində ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC barəsində EP ******* nömrəli, 29 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə Almaniyanın "xxxx" Şirkəti arasında müxtəlif növ avadanlıqların alqı-satqısı ilə bağlı 14 yanvar 2022-ci il tarixdə müqavilə bağlanılmış, müqaviləyə əsasən Şəxs MMC tərəfindən "xxxx" Şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə 10547.41 avro məbləğində pul köçürülmüşdür. Daha sonra Şəxs MMC həmin avadanlıqları HS-90/2-22 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SOCAR-ın Heydər Əliyev adına X5 satmışdır. Həmin avadanlıqlar xx.xx.2022-ci il tarixdə SOCAR-ın X7 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən müxtəlif növ avadanlıqların alınması məqsədilə xx.xx.2022-ci il tarixdə xarici ölkəyə 20400,00 Avro məbləğində pul köçürülmüş, həmin köçürülmüş vəsait hesabına alınan mallar isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən köçürülmüş vəsait hesabına mallar ölkəyə idxal edilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş **********5136 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə işin hallarını və qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-418/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-418/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver