Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4199/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından "xxxx" MMC-nin direktoru X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru olaraq (VÖEN **********) nəqiliyyat vasitərlərinin icrası ilə bağlı fəaliyyət göstərir. Cəmiyyət üzrə digər işçi işə qəbul edilməmişdir. xx.xx.2025-ci il tarixdə “mayqov.az” rəsmi dövlət platforması üzərindən özünə məxsus inzibati cərimələri yoxladığı zaman müəyyən etmişdir ki, xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi (İstehsalatda X16 peşə xəstəlikləri nəticəsində peşə X3 hallarından icbari sığortalanmanın təmin edilməməsi) ilə barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş prosessual qaydalar pozulmuş, barəsində aparılan inzibati araşdırma barədə ona heç bir məlumat verilməmiş, onun izahat vermək, etiraz bildirmək və iş materialları ilə tanış olmaq kimi qanuni hüquqları təmin edilməmişdir. Beləliklə, inzibati orqan tərəfindən qəbul edilən qərar qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X10 şikayəti müdafiə edərək təmin olunmasını, direktor olduğu müəssisənin ondan başqa işçisi olmadığını, özü-özünü sığorta edə bilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X14 məhkəmə iclasında çıxış edərək şikayətin əsassız olduğunu bildirmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X1 İstehsalatda X16 Pesə X4 X3 Hallarından İcbari sığortalanmaması faktı aşkar edilmiş və İXM-nin 469-1-ci maddəsi ilə "xxxx" MMC-nin direktoru X10 təqsirli bilinərək barəsində1500 manat məbləğində cərimə tətbiq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfidən verilmiş çıxarışdan görünür ki, xx.xx.2021-ci ildə qeydiyyata alımış "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X9r. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl "xxxx" MMC-nin direktoru X10 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən İstehsalatda X16 peşə xəstəlikləri nəticəsində peşə X3 hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda X16 peşə xəstəlikləri nəticəsində peşə X3 hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin maddəsinin qeyd hissəsinə əsasən Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla "xxxx" MMC-nin direktoru X7 əməlində qanunvericiliyin tələblərinin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edilən müəssisənin işçisi yoxdur. Müəssənin direktoru və tək işçisi X9r. Bu səbəb ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətiİstehsalatda X16 Pesə X4 X3 Hallarından İcbari sığortalanmaması ilə bağlı müəssisənin barəsində inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda qanunverciliyin tələblərinə zidd şəkildə direktor barəsində tərtib edilmişdir. Qeyd edilən hallara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ilə "xxxx" MMC-nin direktoru X7 əməlində inzibati xəta tərkibinin olmamasını bir daha təsdiq edir. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən AR İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsi əsassızdır. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün "xxxx" MMC-nin direktoru X10 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin olunsun. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-4199/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4199/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver