Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-42/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdieya Aytac İmamhüseyn qızının katibliyi, Şəxs MMC-nin nünayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xankəndi şəhər prokurorluğundan daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xankəndi şəhər prokurorluğu tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına dair xx.xx.2024-cü il tarixli qərar və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlərdən görünür ki, 05 dekabr 2024-cü il tarixdə Xankəndi şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində X7, X2 və X4 Şəxs MMC-nin işçiləri kimi Xankəndi şəhər ərazisində elektrik stansiyasının tikintisində işlərin görülməsinə cəlb edilmələri və əmək haqqlarını ala bilməmələri barədə müraciətləri üzrə cinayət işinin başlanması cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icratın başlanması haqqında qərar qəbul edilmişdir. Bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin X5 qərara etiraz edərək bildirmişdir ki, qeyd edilən işçilər müəssisəyə iş üçün müraciət etmişlər, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi başlanılmışdır, həmin müddətdən əvvəl isə heç bir işə cəlb olunmamışlar. Hazırda da şikayətçi olmadıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xankəndi şəhər prokurorluğunun nümayəndəsi gəlməmiş bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini uyğun hesab etmişdir. Məhkəmədə tədqiq edilən X6 tərəfindən Xankəndi şəhər Prokurorluğuna təqdim edilmiş ərizədən görünür ki, o Şəxs MMC-də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək müəssisə tərəfindən işlərə cəlb edilmişdir, lakin əmək haqqı düzgün şəkildə ödənilməmişdir. Məhkəmədə tədqiq edilən şahid kimi dindirilmiş X8 izahatından aydın olur ki, Şəxs MMC-də sahə rəisi vəzifəsində işlədiyini bildirmiş və X7 və X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-nin apardığı tikintidə usta kimi işlədiklərini təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən Şəxs MMC ilə X6 arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, müqavilə Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq xx.xx.2024-cü il tarixində bağlanılmış və müddətsiz olaraq müəyyənləşdirilmişdir. Məhkəmədə tədqiq edilən X6 tərəfindən Xankəndi şəhər Prokurorluğuna təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs MMC-yə qarşı heç bir tələbi yoxdur və müəssisə tərəfindən vəd verilən ödənişlər qeyd edildiyi şəkildə ödənilir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, müəssisənin də təqdim etmiş olduğu ərizədən də aydın olur ki, X6 həqiqətən də qeyd edilən müəssisədə əmək müqaviləsi bağlanılmadan əvvəl müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə isə məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, işəgötürən Şəxs MMC tərəfindən X7, X2 Şəxs MMC arasında heç bir müqavilə bağlanmamışdan əvvəl işlərə cəlb edildiyi müəyyən edilmişdir. Bu proses iş materiallarında olan möhtəbər sübutlarla, o öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Xankəndi şəhər prokurorluğu Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi olmadan şəxsin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında qərar tərtib etmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-42/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-42/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver