Məhkəmə qərarları › İş №3(005)-422/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-422/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-422/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “xxxx” MMC-də menecer işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş 29 yanvar 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi “VAZ2107” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 13.01.2021-ci il tarixdə saat 23:45-də Bakı şəhəri Nərimanov rayonu ərazisində manevr qaydalarını pozmuş və nəticədə Nissan Sunny markalı **-PE-*** dövlət qeydiyyat nişanlı və Hyundai Elantra markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub yol nəqliyyatı hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində avtomobillərə maddi zərər dəymişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 13.01.2021-ci il tarixdə axşam saatlarında o dostları X3 və X1 ilə birlikdə Hövsan qəsəbəsində yerləşən Nazim adlı tanışlarının bağında yığışıb Mustafanın ad gününü qeyd etmişlər. Birlikdə pivə və çaxır içdikdən sonra atasına məxsus və ona etibar olunmuş VAZ 2107 markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla şəhərə gedib gəzmək qərarına gəlmişlər. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsi istiqamətindən üzü G.Qədirbəyova küçəsi istiqamətində soldan üçüncü zolaqda hərəkətdə olduğu zaman, sərxoş vəziyyətdə olmağı səbəbindən ondan sol zolaqda hərəkətdə olan Hyundai markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobili və onun qarşısında hərəkətdə olan Nissan markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillərin arasından keçmək üçün qəfil manevr etdi, bu zaman idarə etdiyi avtomobil ilə qeyd olunan nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdi. Hadisədən sonra o və qarşı avtomobillərin sürücüləri avtomobillərdən yerə enmişlər. Zərərçəkmiş şəxslə barışıq əldə etmiş və onun hazırda heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hadisə zamanı heç bir xəsarət almamışdır. Onun yalnız idarə etdiyi Hyundai markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. Şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmışdır. Bu səbəblə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 1401.2021-ci il tarixli 2/409 nömrəli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. ƏN-V №448475 nömrəli 17.11.2020-ci il tarixli etibarnamədən görünür ki, X4 tərəfindən VAZ21074 minik markalı avtomobili etibarnamə əsasında idarə etmək hüququ 17.11.2020-ci il tarixdə 08 il 11 ay 20 gün müddətə Şəxs verilmişdir. AD 215333 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs 06.11.2019-cu il tarixdə sürücülük vəsiqəsi verilmiş, sənədin etibarlılıq müddəti 06.11.2029-cu ildir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.01.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından, barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, lakin Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surəti Nərimanov rayon Polis İdarəsinin Dövlət X7 rəisinə təqdim edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, 13.01.2021ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş zərər Şəxs tərəfindən ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Odur ki, ona qarşı heç bir şikayət və tələbi olmadığını və vermiş olduğu ərizənin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında və “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” protokollarla, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollarla, iş materiallarında olan izahatlarla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs idarə etdiyi “VAZ2107” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 13.01.2021-ci il tarixdə saat 23:45-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsi istiqamətindən üzü G.Qədirbəyova küçəsində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq Nissan Sunny markalı **-PE-*** dövlət qeydiyyat nişanlı və Hyundai Elentra markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqqusub yol nəqliyyatı hadisəsi törətmiş, yoxlama zamanı sürücü Şəxs sərxoş vəziyyətdə olduğu məlum olmuş və baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində avtomobillərə maddi zərər dəymişdir. Odur ki, Şəxs əməli düzgün olaraq İXM-nin 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olması isə onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar