Məhkəmə qərarları › İş №3(005)-4248/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4248/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4248/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2495/2025 saylı, 02.10..2025-ci il tarixli qərardadına əsasən X2 Bakı şəhər DYPİ -nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla İXM-nin 5.10.3-cü maddəsi ilə 100 AZN məbləğində cərimə olunmuşdur. Bildirmişdir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrini hərəkəti üçün xüsusi təyin edilmiş zolaqda onun idarə etdiyi nəqliyyat vasitəsi-**- ZR-*** dövlət qeydiyyat nişanlı avtobusdur. Qanuna əsasən həmin zolaqdan onun da istifadə etmək hüququ var, bu səbəbdən də hesab edir ki Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh etmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında qərardan şikayət vermiş şəxs və inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda hərəkət etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə qeyd edir ki, qeyd olunan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir, bu halın şübhə altına alınması üçün hər hansı əsas yoxdur, X4 irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilir və nəzərə alınmır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 5.9 yol nişanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqdır. 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, protokolu, fotoşəkili və digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət hüquqi və faktiki əsaslardan məhrum olduğundan təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. X1 idarə etdiyi nəqliyyat vasitəsinin avtobus olduğunu və inzibati xətanı törətmədiyini iddia etsə də, onun bu subyektiv mülahizələri iş materiallarında olan obyektiv sübutların məcmusu ilə təkzib edilir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, inzibati xəta hadisəsinin aşkar olunduğu yerdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulduğu halda, X2 idarə etdiyi **-ZR-*** dövlət qeydiyyat nişanlı avtobusla ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsində hərəkət etmişdir. Sürücünün avtobus idarə etməsini bildirməsi və həmin zolaqda onunda istifadə edə biləcəyi ilə bağlı hüquqlarının olduğunu bildirməsi qanunvericiliyin imperativ normaları ilə ziddiyyət təşkil edir. Belə k, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 44-cü bəndində “ümumi istifadədə olan nəqliyyat vasitələri”nə verilmiş anlayışa əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay) Göründüyü kimi, sözügedən hərəkət zolağında bütün avtobuslara yox, sadəcə qabaqcadan müəyyən edilmiş marşrut üzrə hərəkət edən avtobuslara hərəkətə icazə verilir. **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin avtobus olması ona avtomatik olaraq ümumi istifadədə olan nəqliyyat vasitəsi statusu vermir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi faktı iş üzrə toplanmış sübutlarla sübuta yetirilmişdir və ləğvi üçün əsaslar yoxdur. Onun şikayətində göstərdiyi dəlillər əsassızdır və məsuliyyətdən yayınmağa yönəlmişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni, əsaslı və ədalətlidir, onun ləğv edilməsi üçün İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar