Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4249/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı ŞBPİ-nin X8 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 X2 Bakı şəhər DYPİ-nin EQ 29128666 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Bakı ŞBPİ-nin X8 İdarəsinin EQ 29128666 nömrəli xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixli, EQ 29128666 saylı qərar əsasında verilmiş xx.xx.2025 tarixli qərarla İXM 372.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi”nə görə 100 (yüz) AZN məbləğində cərimə olunmuşdur. Protokol və qərarla razı olmadığı üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi şikayətə hakim R.Cavadzadə 3(004)- 4592/2025-002 iş üzrə xx.xx.2025 il tarixli qərar vermişdir ki, həmin qərarla da sözügedən protokol üzrə təyin edilmiş inzibati tənbeh qərarı ləğv edilmiş, bu inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhəri BPİ X8 İdarəsinə göndərilmişdir. xx.xx.2025 tarixdə telefonuna BPİ X8 İdarəsindən sözügedən tarixli xx.xx.2025 tarixli EQ29128666 saylı protokolu ilə xx.xx.2025 tarixli qərarını almışdır. DYP İdarəsinin bu son protokolu özünün xx.xx.2025 tarixli EQ 29128666 saylı protokolu əsasındakı inzibati tənbehi 100 (yüz) AZN cərimə və 3 bal statusu təkrar olunmuşdur. Qeyd edir ki, DYP İdarəsi bu son qərarını əsaslandırmaq üçün yalnız bir sənəd - iddia etdiyi yol hərəkət qaydasını pozma anının videoçarxını əlavə edib, halbuki həmin videoçarx bir daha onun haqlı olduğunu, yəni yol hərəkət qaydasına riayət etdiyini sübut edir. Bir daha ərz edir ki, idarəsində olan ** YL *** dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili ilə Bakı şəhəri, Şərifzadə- A.Abbasov küçələri məkanında manevr edərkən YHQ pozmamış, bu da elə yol polisinin ona göndərdiyi fotoşəkillər və yeni göndərdiyi video ilə sübut olunur. Bunun üçün şəkil və videoçarxda qarşı tərəfdə svetoforun qırmızı işığına diqqət etmək kifayətdir. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından, onun tərəfindən inzibati xəta hadisəsi (inzibati xəta) törədilməsi, inzibati xəta törətməkdə onun təqsiri, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar DYP tərəfindən araşdırılmamış və buna lazımi şərait yaradılmamışdır. İnzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. Bu halda da ona münasibətdə inzibati xəta hadisəsinin kim tərəfindən, hansı texniki vasitələrin köməyi ilə aşkar edilməsi və törədilmiş inzibatı xətanın xarakteri bəlli deyildir. Ona görə də həmin qərar qanunsuz olduğundan ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında müvafiq qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı ŞBPİ-nin X8 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, məhkəməyə təqdim olunan videogörüntü natamam olsa da, şəxs barəsində inzibati xəta pozuntusu xüsusi texniki vasitənin köməyi ilə aşkar olunmuşdur. Sürücü işıqforun qırmızı işığında hərəkətini davam etdirməsə xüsusi texniki vasitə onu qayda pozuntusu kimi müəyyən etməzdi. Hazırda məhkəməyə təqdim olunan videogörüntüdən başqa idarədə başqa bir görüntünün olub-olmaması araşdırılır, bu barədə arxiv yoxlanılır. Lakin bu müəyyən müddət çəkə bilər. Hazırda şikayətin əsassız olduğunun inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polisi İdarəsi tərəfindən EQ 29128666 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə saat 16:49 radələrində **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəqiqlikdə işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirməsini müəyyən etmək mümkün olmamışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X4 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək X2 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmaması və səlahiyyətli orqan tərəfindən ehtimal edilən inzibati xəta hadisə ilə bağlı digər videogörüntülərin olub-olmamasının yoxlanılması nəzərə alınmaqla iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsinin X2 İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair EQ 29128666 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİnin EQ 29128666 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər DYPİ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4249/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4249/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver