Məhkəmə qərarları › İş №3(005)-425/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-425/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-425/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X9, "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X5 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq "xxxx" MMC tərəfindən X8, X11 və X3 adına “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarına giriş informasiya sistemindən işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış lakin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdirlər. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X16 protokola uyğun ifadə verərək, protokolun əsaslı olduğunu, müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X6 protokola etiraz edərək bildirmişdir ki, DƏMX-in "xxxx" MMC-yə ünvanlandığı məktubda və eyni zamanda protokolda qeyd olunanın əksinə, bildiririk ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmır. Azərbaycan Respublikasında iş icazəsi yalnız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün alınır və o da, xüsusi ərazi ilə məhdudlaşmır. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə şəxslərin adı həmin əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir. Nərimanov Rayon Məhkəməsinə göndərilən inzibati xəta üzrə iş materiallarından görünür ki, DƏMX-in əmək müqaviləsi bağlanmadan işlədiyini iddia etdiyi şəxslər X8, X12 və X1r. DƏMX-nin iddiasa əksinə olaraq adlarını qeyd etdikləri şəxslər "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış lakin bir müddətdən sonra əmək müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilən şəxslərdir. Həmçinin, DƏMX tərəfindən məhkəmə sisteminə əlavə olunmuş materiallar arasında olan bildirişdən görünür ki, "xxxx" MMC inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak məqsədilə xx.xx.2025-ei il tarixdə saat 11:00-da 4 saylı Bakı DOST Mərkəzinə dəvət olunur. Həmin məktub ümumiyyətlə çatmamışdır və bu səbəbdən həmin görüşdə iştirak edə bilməmişdirlər. DƏMX isə məktubun onalara çatıb-çatmadığını dəqiqləşdirmədən, prosessual hüquqlarını kobud şəkildə pozaraq iştirakları olmadan inzibati xəta haqqında iş üzrə icraata başlamış və inzibati xəta haqqında protokol qəbul etmişdir. Göstərilənlərin nəzərə alınmasını və tərtib edilmiş protokolun əsassız hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilən X15 verilməsi ilə bağlı Əmək Müqaviləsi xx.xx.2024-cü il tarixli bildirişidən görünür ki, X2 "xxxx" MMC xx.xx.2024-cü il tarixdə işə başlamış, xx.xx.2024-cü il tarixdə X15 verilmişdir. X15 verilməsi ilə bağlı Əmək Müqaviləsi xx.xx.2025-ci il tarixli bildirişidən görünür ki, X12 "xxxx" MMC xx.xx.2024-cü il tarixdə işə başlamış, xx.xx.2025-ci il tarixdə X15 verilmişdir. X15 verilməsi ilə bağlı Əmək Müqaviləsi xx.xx.2025-ci il tarixli bildirişidən görünür ki, X8 "xxxx" MMC xx.xx.2024-cü il tarixdə işə başlamış, xx.xx.2025-ci il tarixdə X15 verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyə kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, həmçinin "xxxx" MMC tərəfindən protokolda adları sadalanan şəxslərin “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarına giriş informasiya sistemindən işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış lakin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hansı işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmədən səthi araşdırılma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X13 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxsin hüquqi şəxs tərəfindən hansı əməyə cəlb olunub-olunmaması araşdırılmamış, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan əmək müqaviləsi bildirişlərindən də aydın olur ki, protokolda adları göstərilən şəxslər "xxxx" MMC-də fəaliyyət göstərmişlər və onlarla əmək müqaviləsi bağlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar