Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-426/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, "xxxx" MMC-nin direktoru X8 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X8 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə AİM İnşaat" MMC-nin direktoru X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda həmin inzibati tənbeh vermə haqqında qərardan xəbərləri icra şöbəsi vasitəsilə olmuş və həmin inzibati tənbeh vermə haqqında qərarı icra şöbəsi vasitəsilə xx.xx.2023-cü il tarixində əldə etmişlər. Hesab edirlər ki, "xxxx" MMC-nin direktoru X14 barəsində tətbiq edilən həmin inzibati tənbeh tədbiri tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, "AİM İnşaat” MMC-nin direktoru X14 tərəfindən X4 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X3 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəla bununla bağlı bildirirlər ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMC-nin direktoru X9 bu barədə məlumat verilməmişdir və həmin protokol "xxxx" MMC-nin direktoru X8 iştirakı olmadan tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xətalar haqqında işlərə baxılması üçün bu barədə işdə iştirak edən şəxsə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilir və işdə iştirak edən şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalaya da bilər ,imzalamaya da bilər və həmin tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti səlahiyyəli orqan tərəfindən işdə iştirak edən şəxsə verilir. Bildirirlər ki. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən, həmin protokoldan "xxxx" MMC-nin direktoru X8 məlumatı olmamışdır, ona həmin protokolun tərtib olunması ilə bağlı X19 Xidmətinin Bakı Səhər İdarəsi tərəfindən məlumat verilməmişdir və nəticədə onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol "xxxx" MMC-nin direktoru X9 göndərilməmişdir. Qeyd edirlər ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə riayət olunmadan tərtib edilməsi, həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə əsasən tərtib edilmədiyi qeyd edilənlərdən açıq-aydın şəkildə görünür. Həmçinin qeyd edirlər ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi zaman da həmin qərarın qəbul edilməsi ilə bağlı X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X9 məlumat verilməmişdir və həmin inzibati tənbeh vermə haqqında qərar rəsmi qaydada barəsində icraat aparılan şəxsə göndərilməmişdir. "xxxx" MMC-nin direktoru X8 həmin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məlumatı xx.xx.2024-cü il tarixində Nərimanov rayon İcra şöbəsi vasitəsilə olmuşdur. Bildirirlər ki, X15 ümumiyyətlə həmin "xxxx" MMC-də çalışmamışdır, həmin MMC-də onun tanışı olan X2 rəisi vəzifəsində çalışmışdır. X6 xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən, tərəflərdən birinin təşəbbüsünə əsasən işdən azad edilmişdir. X6 "AİM İnşaat” MMC-də işlədiyi müddətdə X21 Hüseynlini tanıdığı üçün və onun tanışı olduğuna görə Məhəmməd Hüseynlinin yanına gedib gəlirmiş. X25 iddia etdiyinin əksinə Müşviq Cavadov "xxxx" MMC-də ümumiyyətlə çalışmamışdır. Məhəmməd Hüseynli "xxxx" MMC-də işlədiyi müddətdə şirkətlə münasibətləri uyğun gəlmədiyi üçün Məhəmməd Hüseynli öz ərizəsinə əsasən işdən azad edilmişdir. X19 Müşviq Cavadovun əmək müqaviləsi bağlamadan "xxxx" MMC-də işləyib-işləməsi ilə bağlı tam, hərtərəfli və obyektiv şəkildə araşdırma aparmayaraq, "xxxx" MMC-nin direktoru X16 barəsində ilk öncə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X19 Xidməti xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarı tərtib etməmişdən əvvəl həqiqətən də Müşviq Cavadovun əmək müqaviləsi bağlamadan “AİM İnşaat" MMC-də işəyib-işləməməsi ilə bağlı "xxxx" MMC-yə gələrək sübutlar əldə etmədən, müvafiq araşdırmalar aparmadan, X19 belə qənaətə gəlmişdir ki, guya Müşviq Cavadov "xxxx" MMC-də əmək müqaviləsi bağlamadan işləmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki. "xxxx" MMC-nin direktoru X10 qarşı heç bir sübut yoxdur və təqsirsizdir. X19 Xidmətinin Bakı Səhər İdarəsi tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X19 Xidmətinin Bakı Səhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyqun olmadığından ləğv olunmalıdır. Qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru X8 nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə şikayətə əlavə təqdim edərək bildirmişdir ki, "xxxx" MMC-nin əsas fəaliyyəti tikinti obyektlərinin təmir-tikinti işlərinin aparılmasıdır. Belə ki, işə baxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsi əsas kimi şikayətçi Müşfiq Cavadovun və onun yaxın dostunun izahatını əsas götürərək "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin izahatların tam əksini öz ərizələrində şirkətin direktoru X14, Sətəm üzrə aparıcı mütəxəssisi X17, Layihə rəhbəri X12 və təchizatçısı X5 bildirmişlər. X22 rayon məhkəməsinə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, 17 iyul 2020-ci il tarixindən "xxxx" MMC-də direktor vəzifəsində işləyir. İşlədiyi müddət ərzində işə götürdüyü işçilər sırasında X18 olmayıbdır. Hər bir işçi işə götürülməmişdən əvvəl onunla görüşür və sonda o, qərar verdikdən sonra həmin şəxs işə götürülür. X11 heç vaxt görməmiş və tanımır. Rəhbərlik etdiyi şirkəti məhkəmə tərəfindən güya Cavadov Müşfiqi əmək müqaviləsiz işə cəlb edildiyinə görə cərimələndikdən sonra onun barəsində məlumatı olmuş. Həmin məsələni araşdırmış və məlum olmuşdur ki, Müşfiq Cavadov bir ya iki dəfə şirkətdə işlədiyi yaxın dostu və tanışı Hüseynli Məhəmmədin yanına gəlmişdir. Hüseynli Məhəmməd isə şirkətlə arası pozulduğu üçün öz ərizəsi ilə işdən azad edilmişdir. Hüseynli Məhəmməd şirkətdə 2023-cü ilin may-iyun ayları təxminən 2 ay ərzində sahə rəisi vəzifəsində işləmiş, daha sonra öz vəzifəsini layiqincə yerinə yetirə bilmədiyi üçün öz ərizəsi ilə işdən azad edilmiş və şirkətlə münasibətləri korlanmışdır. Məhz bu səbəbdən də yalnız işdən azad edildikdən sonra öz dostu Müşfiq Cavadovun xeyrinə Əmək Müfəttişliyində izahat vermişdir ki, güya sonuncu "xxxx" MMC-də işləmişdir. Eyni zamanda, şirkətin Sətəm üzrə aparıcı mütəxəssisi X17, Layihə rəhbəri X12 və təchizatçısı X1 rayon məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişlər ki, işlədikləri müddət ərzində X11 bir neçə dəfə görmüşlər. O öz yaxın dostu və tanışı şirkətin sahə rəisi vəzifəsində işləyən Məhəmməd Hüseynlinin yanına 2023-cü ilin may-iyun aylarında gəlib-getmişdir. Lakin işçi kimi "xxxx" MMC-yə işə cəlb edilməmiş və təmir-tikinti işləri ilə məşğul olmamışdır. Daha sonra, öz dostu Hüseynli Məhəmməd şirkət ilə münasibətləri korlandığı üçün işdən çıxandan sonra Müşfiq Cavadov ümumiyyətlə şirkətin ərazisinə gəlməmişdir. Göründüyü kimi, qeyd edilən şəxslər şikayətçi Müşfiq Cavadovun və dostu Məhəmməd Hüseynlinin tam əksinə olaraq Müşfiq Cavadovun şirkətdə işə cəlb edilmədiyini və yalnız şirkətə dostu Məhəmmədin yanına gəlib getdiyini bildirmişlər. Digər tərəfdən, Müşfiq Cavadovun yaxın dostu olduğu və şirkətlə münasibətləri korlandığı üçün Məhəmməd Hüseynlinin sonuncunun xeyrinə izahat verməsi başa düşüləndir və bu səbəbdən də onun izahatı sübut qismində qəbul edilə bilməz. Bundan başqa, X19 Xidmətinin Bakı Şəhər İdarəsinin istinad etdiyi iş qabağı təlimata dair bildirirlər ki, həmin təlimat işçilərin təhlükəsizliyi baxımından hər gün işə başlamamışdan əvvəl məlumatlandırma kimi tərtib edilir və işçilər imza atdıqdan sonra şirkətin sahə rəisi, Sətəm üzrə aparıcı mütəxəssisi və sonda şirkətin direktoru tərəfindən imza və möhürü ilə təsdiq edilir. Lakin X19 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilən 6 may 2023-cü il tarixə aid iş qabağı təlimatdan görünür ki, həmin sənəd əsl sənəd deyil və həmin sənəddə şirkətin direktorunun imza və möhürü yoxdur. Eyni zamanda, şirkət həmin gün ümumiyyətlə işləməmiş və işləmədiyi günə tərtib edilmişdir. Bu səbəbdən də həmin sənədin mötərbərliyi şübhə altındadır. Həmçinin, həmin sənədin əsli olmadığı üçün orda olan şəxslərin imzalarının həqiqliyinin yoxlanılması belə mümkün deyil. Lakin bundan fərqli olaraq şikayətçi Müşfiq Cavadovun güya şirkətdə işlədiyini iddia etdiyi 4 may 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixədək olan dövr araşdırılmış və həmin müddət ərzində şirkətin işlədiyi günlər üzrə iş qabağı təlimatlar əldə edilmiş və təlimatlarda Müşfiq Cavadovun adı və imzası müəyyən edilməmişdir. Halbuki, özünün yazdığı şikayətindən və izahatından və dostu Məhəmmədin izahatından görünür ki, güya Müşfiq Cavadov 4 may 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixədək mühəndis vəzifəsində işləmişdir. Lakin nədənsə Müşfiq Cavadovun həmin dövr ərzində şirkətdə işləməsi günlər üzrə tərtib edilmiş iş qabağı təlimatlarda öz təsdiqini tapmır. Həmin təlimatlardan da görünür ki, hər bir təlimat şirkətin direktoru tərəfindən imza və möhürlə təsdiq edilib və təlimatların heç birində Müşfiq Cavadovun adı və imzası mövcud deyil. Göstərilənləri nəzərə alaraq aydın olur ki, Müşfiq Cavadovun şikayətində göstərilənlər həqiqətə uyğun deyil və bu səbəbdən də onun təqdim etdiyi izahat və iş qabağı təlimatı sübut qismində qəbul edilə bilməz. X19 Xidmətinin Bakı Şəhər İdarəsi isə şirkətin iştirakı olmadığı üçün iş üzrə bütün əhəmiyyətli halları düzgün araşdırmamış və nəticə etibarı ilə düzgün olmayan qərara gəlmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş "xxxx" MMC-nin direktoru X8 nümayəndəsi və qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda şikayət vermiş "xxxx" MMC-nin direktoru X8 nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X14 tərəfindən X4 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin 3(005)-3344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətin təmin edilməməsi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(005)-3344/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X19 Xidmətinin Bakı Şəhər İdarəsi "xxxx" MMC-nin rəhbəri tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC-nin rəhbəri barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X8 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X14 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X8 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC-nin direktoru X8 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov