Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-429/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 05 fevral 2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Hüseynovun rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Vaz 2106 markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur və özü idarə edir. xx.xx.2023-cü il tarixdə saat 11:57-də həmin avtomaşınla Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə sağ zolaqda saatda 30 km sürətlə üzü 20 Yanvar metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman yolda sıxlıq olduğundan qarşısında hərəkət edən Kia Sorento markalı avtomaşın dayandığından o ara məsafəsini düzgün seçmədiyindən həmin avtomaşının arxa hissəsindən vurmuşdur. Hadisə zamanı avtomaşınında sərnişin qismində olan anası Nairə Məlikova və həyat yoldaşı Ramilə Məlikova xəsarət aldıqlarından hadisə yerinə çağırılmış təcili yardım maşını ilə xəstəxanaya aparılmışlar. Səhvini etiraf edib, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 №-1293/102-7395 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:57-də, “DİN”-nin, TŞX-nin operatoru Əliyev TŞ 6-077 kamera görüntüsü əsasında məlumat verərək bildirdi ki, Z.Bünyadov pr-də baş vermiş YNH-si zamanı, 2 avtomaşının toqquşması nəticəsində, xəsarət alanların olmasını bildirmişdir. HK-2 №-21334 nömrəli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 13:12-də, 9 saylı TTYS-dan həkim İsmayılov məlumat verərək bildirdi ki, Z.Bünyadov pr-də baş vermiş YNH-si zamanı, 1988-ci il təvəllüdlü X5 baş nahiyyəsinin səthi travması xəsarəti almışdır. HK-2 №-21335 nömrəli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 13:20-də, 1 saylı TTYS-dan həkim Abbasova məlumat verərək bildirdi ki, Z.Bünyadov pr-də baş vermiş YNH-si zamanı, 1968-ci il təvəllüdlü X2 dirsəyin əziyi xəsarəti almış, 1989-cu il təvəllüdlü Şəxs döş qəfəsinin küt travması xəsarəti almış və həmçinin 1990-cı il təvəllüdlü X3 qapalı kəllə-beyin travması almışdır. Araşdırma zamanı izahatı alınmış X5 izahatında bildirmişdir ki, Kia Sorento markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2023cü il tarixdə saat 11:50 radələrində həmin avtomaşınla Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə üzü 20 yanvar metrostansiyası istiqamətinə doğru 1-ci zolaqda saatda 60 km sürətlə hərəkətdə olan zaman yolda tıxac olduğundan o, hərəkət sürətini saatda 10 km sürət azaldaraq hərəkətini davam etdirən zaman arxadan onun avtomobilini Vaz 2106 markalı avtomaşın vurmuşdur. Araşdırma zamanı X4 və X1 izahatları alınmış və onlarda Şəxs izahatına uyğun izahat verərək onun dediklərini təsdiqləmişlər. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 1498 nömrəli xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa Yüngül zərər vurmaya aiddir. Araşdırma zamanı istintaqa təqdim edilmiş “X12 Arayış”dan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 19:15-də “Miokardın ön divarının kəskin transmural infaktı” diaqnozu ilə dünyasını dəyişmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-429/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-429/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver