Məhkəmə qərarları › İş №3(005)-429/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-429/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-429/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayətçi «X2» MMC-nin direktoru X9 və nümayəndəsi X3 , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, «X2» MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi «X2» MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi «X2» MMC-nin direktoru X9 və nümayəndəsi X10 şikayətində və məhkəmə iclasında verdiyi izahatında tələbi onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 07 yanvar 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarını tamamilə qanunsuz və əsassızdır. Belə ki, qərarda qeyd edilir ki, guya X1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, bina 04, “Park Businesslərdə” əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən operator vəzifəsinə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də inzibati orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasını ehtimal edərək, barələrində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Hesab edirlər ki, qərar tam qərəzlidir, əsassızdır, heç bir sübuta söykənmir. İşin faktiki halları isə belədir. Rəhbərlik etdikləri «X2» MMC xx.xx.2023cü il tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. (VÖEN **********). MMC-nin qanuni təmsilçisi o,yəni X6r. MMC-nin fəaliyyəti Mikro sahibkarlıq-yükdaşıma xidmətindən ibarətdir. MMC-yə işçi lazım olduğu hallarda vətəndaşı ofisə dəvət edir, onunla ilkin tanışlıq barədə və iş haqqında müvafiq söhbətlər aparırlar. X1 da iş üçün onlara müraciət etmiş, operator işçiləri onunla müəyyən söhbətlər aparmış, müraciətləri qəbul edərək sifarişləri kompüter vasitəsi ilə aidiyyati subyektlərə yönəldilməsi qaydaları barədə ilkin söhbətlər aparmışdır. Bundan sonra X1na bildirilmişdir ki, zərurət yaranacağı təqdirdə o, MMC-yə dəvət olunacaq və onunla əmək müqaviləsi bağlandıqdan sonra əmək fəaliyyətinə başlayacaqdır. Əfsuslar olsun ki, onun bilik və bacarığı onları qane etmədiyindən tərəflərindən MMC-yə dəvət edilməmiş və onun heç bir əmək funksiyası olmamışdır. Yalnız və yalnız əgər belə demək mümkünsə bir dəfə müsahisə zamanı X1 MMC-nin kompüter bazasına daxil olmuş, oradan müvafiq şəkilləri götürmüş, müəyyən şəxslərə SMS məlumatları ünvanlayaraq, bilik və bacarığını göstərmişdir. Bundan sonra onu dəvət etməmişlər. X1 əksinə o məlumatları əldə etməklə MMC-nin kommersiya sirrini pozmuşdur. Beləliklə, inzibati orqanın mövcud qərarı sahibkarlıq subyektlərinin iş ahənginin pozulmasına, onların zəifləyərək sıradan çıxmasına xidmət etməsindən başqa bir şey deyildir. Belə ki, inzibati orqan bir tərəfli qaydada vətəndaşın kompüter bazasından götürdüyü şəkillərə istinad edərək, inzibati xətanın baş verməsi qənaətinə gəlmişdir. Həmçinin şikayətçi «X2» MMC-nin direktoru X9 və nümayəndəsi X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı, 07 yanvar 2025-ci il tarixli qərarının qanunsuz və əsassız olduğundan rədd edilməsi (ləğv edilməsi) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X12 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qərarın ləğvi üçün əsas yoxdur. Belə ki, barəsində inzibati protokol tərtib edilmiş «X2» MMC tərəfindən X1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, bina 04, “Park Businesslərdə” əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən operator vəzifəsinə işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna görə də inzibati orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğu üçün barələrində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə X1 izahatınada əsaslanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı, 07 yanvar 2025-ci il tarixli qərarın qüvvədə saxlanılmasını, şikayətçi «X2» MMC-nin direktoru X9 şikayət ərizəsinin təmin olunmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 noyabr 2024-cü il tarixli, 5SAT08E240004 nömrəli müraciət vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə X1 izahat verərək 08 avqust 2024-cü il tarixdə «X2» MMC-də operator vəzifəsi üçün 01 aylıq staj üçün burada işə cəlb olunduğunu, heç bir müqavilə bağlamadan 01 ay tamam olduqda nağd şəkildə ona 100 manat ödəniş olunduğunu, staj müddəti bitdikdən sonra o, gecə növbəsində tam sərbəst şəkildə işləməyə başladığını, 02 ay tamamında işə ona nağd şəkildə 240 manat ödəniş olunduğunu, buna etiraz etsə də ehtiyacı olduğuna görə məcburi qalıb işlədiyini, ayın sonunda müqavilə bağlanılmasını tələb etməsinə baxmayaraq, onların etiraz etdiklərini, 03 ayın tamamında isə onun "xxxx" ASC-yə məxsus şəxsi istifadəsində olan kartına 200 manat köçürüldüyünü və daha sonra işdən çıxarılaraq maaşının kəsildiyini qeyd edərək, gördüyü işin qarşılığı olaraq 03 ay müddətində vəzifə maaşının «X2» MMC tərəfində verilməsini istəmişdir. «X2» MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırova 04 dekabr 2024-cü il tarixdə ünvanladığı məktubdan görünür ki, rəhbərlik etdiyi «X2» MMC ilə şikayəti X11 arasında he bir əmək müqaviləsi bağlanmadığı və bu adda işisinin olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı, 07 yanvar 2025-ci il tarixli qərarından görünür ki,«X2» MMC tərəfindən X1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, bina 04, “Park Businesslərdə” əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən operator vəzifəsinə işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna görə də inzibati orqanın rəhbəri X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğu üçün barələrində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.1-ci maddəsinə əsasən: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatdadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək , hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir. 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 noyabr 2024-cü il tarixli, 5SAT08E240004 nömrəli müraciət vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə X1 izahat verərək göstərmişdir ki, müqavilə bağlanılmadan işlədilmiş və vəzifə maaşına müvafiq olmayan məbləğdə ona ödənişlər edilmişdir.Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi «X2» MMC-nin rəhbəri X9 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar