Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4291/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Niazmi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mülkiyyətində olan “FİAT DOBLO” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törədilmiş, hüquqi şəxsin ünvanına sorğu göndərilmişdir. Lakin inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, hüquqi şəxsə heç bir məktub göndərilməmiş, onların Mələk Cəlilova adlı işçiləri olmamışdır. Bundan başqa hüquqi şəxs “FİAT DOBLO” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi X3 olması barədə xx.xx.2025-ci ildə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə məlumat da vermişdir. Həmçinin iş materiallarında bunu təsdiq edən xəbarnamə də vardır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxarkən müəyyən edilmişdir ki, işin icraatını rədd edən hallar mövcuddur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal RPİ-nin X7 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-nin ünvan 2 ünvanına göndərilmiş, xx.xx.2025-ci il tarixdə şəxsən "xxxx" adlı şəxsə verilmişdir. SX047785598AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub xx.xx.2025-ci il saat 16:48-də AZ1122 poçt məntəqəsi tərəfindən qəbul edilərək xx.xx.2025-ci il saat 18:01-də AZ9095 mübadilə məntəqəsinə təqdim edilmiş, xx.xx.2025-ci il saat 10:15-də AZ1052 poçt məntəqəsinə daxil olmuş, xx.xx.2025-ci il saat 16:19-da Şəxs-a çatdırılmışdır. Sürücü barəsində edilən sorğu məktubundan görünür ki, məktub "xxxx" QSC-yə ünvanlanmış və AZ1065, ünvan 3vanı məktubda qeyd olunmuşdur. Şəxs MMC tərəfindən Bakı şəhər Baş Dövlət Polis İdarəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Fiat Doblo” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun X2 verilməsi barədə məlumat verilmiş, məktuba etibarnamə, yol vərəqəsi, sürücülük vəsiqəsi və texniki pasportun surəti əlavə edilmişdir. (məktubun çatması barədə xəbərnamədən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPİ-nə çatdırılmışdır.) Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, sorğu Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən Şəxs ünvanına deyil, "xxxx" QSC-yə ünvanlanmış və AZ1065, ünvan 3vanı məktubda qeyd olunmuşdur. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, Şəxs MMC tərəfindən Bakı şəhər Baş Dövlət Polis İdarəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Fiat Doblo” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun X2 verilməsi barədə məlumat verilmiş, məktuba etibarnamə, yol vərəqəsi, sürücülük vəsiqəsi və texniki pasportun surəti əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən hərəkətsizliklə törədilən xətalara aiddir. Bu maddənin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətinə verilməsi üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusunun daxil olması mütləq şərtdir ki, səlahiyyətli orqan məhz ilk növbədə bu faktı təkzib edilməz, mötəbər dəlillərlə sübuta yetirməlidir. Bundan sonra isə müvafiq sorğunun daxil olduğu vaxtdan 5 gün müddətində qanunla öhdəliyi müəyyən edilmiş şəxslər tərəfindən məlumat verilmədikdə inzibati xəta törədilmiş hesab edilir. Göründüyü kimi, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ Şəxs ünvanına balansında olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatın 5 gün müddətində rəsmi qaydada təqdim etməsi barədə xəbərnaməni məhkəməyə təqdim etsə də müvafiq sorğunun qəbul edilməsi ilə bağlı xəbərnamədə məktubu qəbul edərək imza ilə təsdiq etmiş "xxxx" ad və soyadlı şəxsin kimliyi, həqiqətən də onun MMC-yə aidiyyəti olan şəxs olub-olmaması müəyyən edilməmiş qalmışdır ki, bu da ümumiyyətlə müvafiq sorğunun Şəxs MMC-yə aidiyyəti olan şəxs tərəfindən qəbul edilməsini şübhə altına alır. Həmçinin qeyd edilməlidir ki, MMC-nin nümayəndəsi "xxxx" adlı şəxsi tanımadığını bildirməklə müvafiq sorğunun onlara daxil olmadığını və bu səbəbdən cavablandırılmadığını bildirmişdir. Odur ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda MMC-nin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53.1.2, 105.1, 109.2, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4291/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4291/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver