Məhkəmə qərarları › İş №3(005)-432/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-432/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-432/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Füzuli rayonu, Füzuli şəhəri, Məmmədxanov küçəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində 09 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 09 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs barəsində aparılmış xx.xx.2022-ci il tarixdə 6513 nömrəli narkoloji tibbi rəydən görünür ki, onda narkomaniya xəstəliyi aşkar edilmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X4 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsində yol kənarında dayanıb, mobil telefonunda sosial şəbəkədə məlumatları oxuyan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşıb, özlərini təqdim edərək, nə üçün orada oturduğunu soruşmuşlar. O, onlara cinayət törətmədiyini demişdir. Belə olan halda onu 18-ci PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə avtopatrul avtomobilinə əyləşib, 18-ci PŞ-nə gəlmişdir. Şöbədə sorğu zamanı könüllü olaraq əvvəllər psixotrop maddə olan amfetamin istifadə etdiyini bildirmişdir. O qeyd etmişdir ki, əvvəllər metamfetamin adlı psixotrop maddədən istifadə etmişdir, lakin hal-hazırda istifadə etmir. Əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Vüqar Rəşidov tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 08,10.2022-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yaşayan Şəxs Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsində olan zaman, şübhəli davranışlar nümayiş etdiyirdiyi və narkotik vasitlərin təsiri altında olması şübhələri olduğu üçün Nərimanov RPİ- nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb, Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilərək, növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 haqqında xx.xx.2022-ci il tarixli, 6513 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabinoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində asılıq sondromu (narkomaniya) xəstəliyi) aşkae olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Şəxs tərəfindən üzrsüz səbəbdən icra sənədinin icrası tam təmin olunmamış, bununla da Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar