Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4330/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin Şəxs QSC barəsində İXM-in 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs QSC-yə məxsus ofisdə yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması aşkar edilmişdir. Nəticədə Şəxs QSC tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru X4 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək protokolu müdafiə etdiklərini bildirmişdir. İnzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin inspektoru X4 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, o cümlədən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 5053 nömrəli “X7 Aktı” və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində Şəxs QSC-yə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti,həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı Şəxs QSC-yə göndərilməmişdir. Həmçinin Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin inspektoru vəzifəsində işləyən X4 tərəfindən xx.xx.2025-ci il tarixdə təıtib edilmiş MN №2354745 nömrəli “İnzibati xəta haqqında” protokolun və iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırkı inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əməl edilməmiş, hüquqi şəxs barəsində birbaşa protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin məzmununa görə şəxs barəsində, o cümlədən hüquqi şəxs barəsində də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 518.1 -ci maddəsi ilə inzibati protokol tərtib edən səlahiyyətli orqan (vəzifəli şəxs) əvvəlcə inzibati xətanı törətmiş şəxs barəsində inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalı və ona törətdiyi hüquqpozmanı aradan qaldırması üçün vaxt verməli idi.Həmin müddət ərzində barəsində icraat aparılan hüquqi şəxs hüqupozmanı aradan qaldırarsa,inzibati cərməni ödəməkdən azad edilməli,əks halda qərarda nəzərdə tutulan inzibati cəriməni ödəməli idi.Lakin iş materiallarında inzibati orqan tərəfindən belə bir qərarın qəbul edilməsi və cərimənin şərti olaraq tətbiq edilməsi üçün Şəxs QSC-yə vaxt verilməsi müəyyən olunmur. Həmçinin Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən eyni inzibati xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilməmiş, bu barədə sübutlar mövcud deyildir. Göstərilənlərə əsasən yuxarıda göstərilən prosedur qaydalara əməl edilmədiyi üçün Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzə əməldə innzibati xəta tərkibinin bütün əlamətləri müəyyən edilməmişdir. Bununla bağlı sənədləri məhkəməyə təqdim edərək,göstərilənlərə əsasən inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü Ərazi X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-18- 65/Q-3930/2025 nömrəli qərarından görünür ki, Şəxs QSC barəsində illik iş planının yoxlamanın aparılması qərara alınmışdır; xx.xx.2025-ci il tarixli, 5053 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, obyektdə quraşdırılmış rəflərin taxta konstruksiyaları oda davamlı məhlulla hopdurulmamışdır. Şəxs ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs QSC tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs QSC-yə məxsus ofisdə mağazanın anbar və satış otağında olan ağac konstruksiyaları “Porolax-Prime” firmasının istehsalı olan odadavamlı məhlul ilə hopdurulmuşdur. xx.xx.2024-cü il tarixli yanğın siqnalizasiyası sisteminin təhvil-təslim aktından, xx.xx.2024-cü il tarixli kabellərin və naqillərin izolyasiyasının ölçülməsinə dair 200 nömrəli protokoldan görünür ki, yanğın təhlükəsizliyi qaydalarına Şəxs ASC-də tam riayət edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsinin məhkəməyə EMİS vasitəsilə təqdim etdiyi sənədlərdən görünür ki, yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması halları olmamış və eyni zamanda inzibati xəta haqqında protokolda qeyd edilən hal ümumiyyətlə olmamışdır. Belə ki, Şəxs QSC-yə məxsus ofisdə mağazanın anbar və satış otağında olan ağac konstruksiyaları “Porolax-Prime” firmasının istehsalı olan odadavamlı məhlul ilə hopdurulmuşdur. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, işdə olan bütün şübhələr Şəxs QSC-nin xeyrinə həll edilməlidir. Şəxs QSC təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 40; 43; 48-50; 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-4330/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4330/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver