Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4331/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin nümayəndəsi X3 Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 07 sentyabr 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 07 sentyabr 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə təqrivən saat 14:33 radələrində etibarnamə ilə idarə etdiyi “LEXUS” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, X8 küçəsi 78 ünvanında hərəkət edərkən işıqforun yaşıl siqnalında stop-xəttini keçmişdir. Bu andan sonra sarı işıq yanmışdır. Protokol tərtib olunarkən sübut kimi göstərilən video material epizodun ortasından qoşulmuş, stop-xəttini hansı siqnal altında keçdiyi an videoda əks olunmamışdır. Halbuki əsas hüquqi məqam məhz həmin andır. O, stop-xəttini yaşıl siqnal yanıb-sönərkən keçmişdir, sarı siqnal isə yalnız bundan sonra yanmışdır. Əlavə olaraq, protokol ona polis əməkdaşı tərəfindən yerində tərtib edilmişdir, yəni elektron qaydada avtomatik sistemlə tərtib edilməmişdir. O, xx.xx.2025 tarixində (qeydiyyat № 3-13-16/1-M-1790xx/xx/2025) yuxarı orqana ilkin şikayət təqdim etmişdir. xx.xx.2025 tarixində qeydiyyata alınsa da, bu günədək cavab verilməmişdir. Halbuki İXM 131.1-ə görə yuxarı orqan 10 gün müddətində şikayətə baxmalıdır. Barəsində çıxarılmış TP7492696 saylı inzibati qərarın surəti isə ona qanuni müddətdə təqdim edilməmiş, yalnız xx.xx.2025-ci il tarixində şəxsi müraciəti əsasında Bakı Şəhər X9 İdarəsində verilmişdir. Yəni qərar rəsmi qaydada təqdim edilməmiş, o, onu öz təşəbbüsü ilə və şəxsi müraciət nəticəsində əldə etmişdir. Bu hal İXM 57.1-57.5-in tələblərinin pozulmasıdır və nəticədə qərar qanuni qüvvəyə minməmiş, şikayət müddəti isə yalnız faktiki təqdimat tarixindən (xx.xx.2025) hesablanmalıdır. Həmçinin qərarın elektron kabinetdə yerləşdirilməməsi də İXM 125.8-in pozulmasıdır. Odur ki, şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsini müdafiə edərək heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, svetoforun qadağanedici işarəsi yanarkən hərəkət etmədiyini bildirmişdir. Video görüntüdəki avtomobili idarə edən şəxsin özü olduğunu söyləmişdir. Qərarın qanunsuz olaraq tərtib olunduğun, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin nümayəndəsi X5 qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 07 sentyabr 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən X4 “LEXUS” minik markalı, **-ST-*** nömrəli avtonəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə tədqiq edilən DVD disk görüntüsündən aydın olur ki, X1 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-TC-*** nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkət edərək, yol hərəkəti qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 07 sentyabr 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-4331/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4331/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver