Məhkəmə qərarları › İş №3(005)-4346/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4346/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4346/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsindən material daxil olmuşdur. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, poçt izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən ŞəxsMMC-nin nümayəndəsi X3 bildirmişdir ki, MN № ******* saylı xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında Protokola dair E T İ R AZ Məlum olduğu kimi, xx.xx.2025-ci il tarixində Şəxs MMC-yə qarşı MN № ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Həmin protokola əsasən Şəxs MMC İXMnin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inizbati xəta hadisəsinin olması üçün X6 sorğusunun Şəxs MMC-yə təqdim olunması barədə sübut məhkəməyə təqdim olunmalıdır. Belə bir sübut isə olmadığı üçün məhkəməyə təqdim edilə bilməzdi. Çünki, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 46B, QYS A5 ünvandan 2025-ci ilin iyul ayının sonundan etibarən ünvan 2 ünvanına köçmüşdır (təsdiqedici sənədlər əlavə olunur). Odur ki, qeyd edilən halların nəzərə alınmasını və iş materiallarının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş materialları və Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərk araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş protokol qanunuvericiliyin tələblərinə zidd olduğu üçün protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, İnzi.ibati xatanın törədilmnsi haqqında protokol tərtib edilor, İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1.protokolun tortib edildiyi tarix va yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4.inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5.inzibati xataya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6.olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8.inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istilada olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xiisusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2.Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xata haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş bianklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AR İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeydlər aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına zidd olaraq Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti protokol tərtib etmiş, Şəxs MMC-nin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən səlahiyyətli nümayələrinin izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Gültəkin Əsədova Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 3 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 21 yanvar 2025-ci il № 3(005)-131/2025 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-131/2025 saylı qərardadına əsasən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qoşma: Qərardadın surəti, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər; Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar