Məhkəmə qərarları › İş №3(005)-4357/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4357/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4357/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31299922 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31299922 saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixində Nəsirli Zaminə qarşı tərtib etdiyi EQ30070871 nömrəli protokoldan şikayət verərək barəsində tətbiq olunan 100 AZN və 3 cərimə balının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə saat 10:00-da hakim Gültəkin Əsədovanın sədrliyi ilə barəsində 3(005)-4113/2025 nömrəli işə baxılmış və iddia qismən təmin edilərək, protokolun ləğv olunması və yenidən araşdırılması üçün Baş X4 İdarəsinə tapşırılması qərara alınmışdır. Belə ki, ilkin iddia ərizəsi tərtib edilərkən Z.Nəsirlinin 18 cərimə balı olduğundan mübahisələndirilən EQ30070871 nömrəli protokol 3 cərimə balını təşkil edirdi. Məhkəmənin yekun qərarına əsasən, 18 cərimə balından 3 bal silinmiş, nəticədə isə 15 cərimə balı qalmışdır. xx.xx.2025-ci il tarixində Şəmkir-Bakı istiqamətində **-GC-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə hərəkət edərkən, yolda nişanların anlaşılmaz quraşdırılması səbəbindən təyin olunmuş surət həddini yanlış anladığı üçün 13:28-də EQ31299922 saylı protokol tərtib olunmuşdur. Belə ki, Nəsirli Zamin 50 AZN və 2 cərimə balı ilə cərimələnmiş, eyni zamanda 1 il ərzində toplanmış balların 20 cərimə balını ötdüyü iddia edilərək sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Şikayət ərizəsində qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Baş X4nin tərtib etdiyi EQ30070871 saylı protokol ilə bağlı məhkəməyə müraciət etdiyindən həmin protokoldan irəli gələn bütün qərar və nəticələr məhkəmə prosesi yekunlaşıb qərar verilənədək etibarsız heab olunmalıdır. xx.xx.2025-ci il tarixli 3(005)-4113/2025 saylı qərara əsasən, barəsində tətbiq olunan 3 cərimə balı silindiyindən yekun cərimə balı 15 olmuşdur. Buna baxmayaraq, Baş X4 EQ31299922 nömrəli protokol ilə 2 cərimə balı hesablanaraq, əsassız yerə sürücülük hüququndan məhrum edilmişdir. Bu qanunazidd protokolun ləğv edilərək sürücülük hüququnun bərpa edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31299922 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X2 xx.xx.2025-ci il tarixdə **-GC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” minik markalı avtomobili idarə edərkən Azərbaycan Resublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulması səbəbi ilə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli , X1 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ 31299922 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün geri göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 327.7-cü maddəsinə əsasən, Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1,342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 328.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli EQ31299922 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli EQ 31299922 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar