Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4383/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayətçi- Nümayəndə iştirakları ilə, Nümayəndə AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il 15:30 radələrində Nərimanov rayonu X3 kəndi ərazisinin avtomobil dayanacağında mülkiyyətimdə olan ** FC *** dövlət qeydiyyat nişanlı HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2009-cu il təvəllüdlü oğlu Nümayəndə ilə Polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbi yetginlik yaşma çatmayan oğlunun sükan arxasında olması oldu. Qeyd olunan ərazi bufer zona olduğu üçün oğlunu sükan arxasında oturdub yalnız avtomobili işlək vəziyyətə gətirilməsi, önə və arxaya sürüş qaydasını izah etmək istəmişdir. Lakin Polis əməkdaşları Nərimanov Rayon Dövlət Yol Polis əməkdaşlarını əraziyə dəvət etdilər. Bundan sonra Nərimanov Rayon Dövlət Yol Polis əməkdaşları tərəfindən ondan sənədləri alınaraq Nərimanov rayon DYP-nə aparılmışdır. Orada onu AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektor polis baş leytenantı Elşən Məmmədovun iş otağına aparılmışdır. Oradan ondan oğlunun şəxsiyyət vəsiqəsi tələb edildi. Növbəti gün oğlunun şəxsiyyət vəsiqəsini həmin polis əməkdaşına təqdim etmiş və bildirmişdir ki, etdiyi qayda pozuntusunu etiraf edir və ona yazılacaq cərimənin ödəməyə razıdır, lakin oğlunun azyaşlı olmasını onun adına cərimə tətbiq olunmasının qanuna uyğun olmadığını bildirmişdir. Bundan sonra polis baş leytenantı Elşən Məmmədov onun adına protokol tərtib etdi o 60 manat cərimə olunmuşdur. Hətta o azyaşlı oğlu barəsində soruşmuşdur ki, bəs oğluna cərimə yazıldımı? Ona bildirilmişdir ki, azyaşlı oğlu barəsində iş İcra Hakimiyyətinin müvafiq qurumuna göndəriləcək. Bundan sonra o müvafiq qaydada adına yazılan 60 manat cəriməni onlayn qaydada Asan Pay vasitəsi ilə ödəmişdir. Lakin bütün bu olanlardan 5 ay keçəndən sonra Bakı Qazax maqistral yolunun Nəvai stasionar postunda xx.xx.2025-ci il tarixində avtobili saxlanıldı və ona bildirilmişdir ki, idarə etdiyi avtomobil həbsdədir və saxlanılıb duracağa qoyulması barədə qərar var. Səbəbini soruşduqda isə ona bildirildi ki, oğlu Əhməd Nizami-nin adına ödənilməmiş cərimə var və cərimə məbləği 200 manatdan dəbbə pulu gələrək 319 manata yüksəlmişdir. O polis əməkdaşına oğlunun azyaşlı olmasını və onun adına qanuna uyğun olaraq cərimə yazılmasının uyğun olmadığını bildirmişdir. Azyaşlı oğluna yazılmış cərimə əsassızdır və həmin cərimə silinməlidir. Məhkəmə iclasında Nümayəndə şikayətini müdafiə edərək oğlunun barəsində qəbul edilmiş AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Göyçay rayon Polis Şöbəsi-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 200 manat miqdarında cərimə edilmişdir. Qərarların məzmunudan görünür ki, sürücü X2 xx.xx.2025-ci il tarixdə saat 15:30-da Atletlər kəndində, ”Hyundai Sonata" minik markalı, **-FC-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2cimaddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 332.2-cimaddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.1-1-ci maddəsinə əsasən Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 332.2.-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 200 manat miqdarında cərimə edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, fiziki şəxs X2 yetkinlik yaşına çatmayan şəxs olmaqla xx.xx.2009-cu il təvəllüdlüdür. İXM-nin 16.1 maddəsinə əsasən 16 yaşı tamam olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilir. Belə olan halda X1 İXM-in 332.2-cimaddəsi ilə cərimə olunmasına dair AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İXM-in: 16.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-in 332.2-cimaddəsi ilə cərimə olunmasına dair AR DİN Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-4383/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4383/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver