Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-439/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Zəngilan rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X11 iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Zəngilan rayon prokuroru, ədliyyə müşaviri Qibləli Kərimov tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında 08 fevral 2025-ci il tarixli, 25-1-2-2-461- 1949-1 nömrəli qərardan görünür ki, « Hüquqi şəxs Şəxs - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru Türkiyə Respublikası vətəndaşı Eyyup İnak tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün MMC-nin qanuni təmsilçisi səlahiyyətləri həyata keçirilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulduğu qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında tərəflərin elektron imzası ilə imzalanaraq bağlanmadan 4 nəfər işçinin - X12, X13, X18 və X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7 gün müddətində fəhlə kimi Zəngilan rayonu ərazisində həmin MMC-nin əsas fəaliyyət sahəsini təşkil edən tikinti fəaliyyəti ilə bağlı tikinti işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən, Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Zəngilan rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X17 çıxış edərək 08 fevral 2025-ci il tarixli, 25-1-2-2-461-1949-1 nömrəli qərarı müdafiə edib qərarda qeyd olunanlar X13, X12 və X8 izahatları, sənədə baxış aparılması haqqında protokol və arayışla təsdiqləndiyini, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən, Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan Şəxs MMC –nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Araşdırma zamanı X13 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tikinti işlərini həyata keçirən "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında fərdi sahibkar kimi işçiləri işə götürüb ümumi nəzarəti həyata keçirən X12 tərəfindən fəhlə kimi işləməyə cəlb edilmişdir. Lakin onunla hər hansı müqavilə bağlanmamışdır. Araşdırma zamanı X12 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, Zəngilan rayonu ərazisində tikinti işlərini həyata keçirən "llkin-E" şirkətində briqadir vəzifəsində işləyən Ədalət adlı şəxsin xahişi ilə kömək məqsədli X13, X18 və X3 işləmələri üçün özü ilə birlikdə “Taha inşaat" MMC-yə aparmış, Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumi 1 həftə müddətində körpü tikintisi ilə bağlı izolyasiya üçün qırlı kağız (tol) vuraraq işləmiş, Şəxs MMC-də işlədikləri 1 həftəyə görə onun bank kartına təxminən ***-**** manat məbləğində pul köçürülmüş, o da öz növbəsində həmin pulu işçilər arasında bölmüşdür. Belə ki, X9 da gördüyü işlərə görə onun tərəfindən 375 manat məbləğində əmək haqqı ödənilmişdir. Qeyd edilən şəxslərlə “Taha inşaat" MMC və ya onun arasında hər hansı müqavilə bağlanmamışdır. Adı çəkilən işçilər tərəfindən görülən işlər sadəcə kömək məqsədli olduğundan, o və onun Şəxs MMC-də işləmək üçün apardığı işçilərin heç biri ilə hər hansı müqavilə bağlanmamışdır. X13 onun tərəfindən hər hansı işin görülməsinə cəlb edilməmişdir. O, Şəxs MMC-də işləmək üçün əlavə işçi lazım olduğundan Zəngilan rayonu, Ağalı kəndində tanış olduğu X9 tanışları vasitəsilə birlikdə işləməyi təklif etmişdir. Buna baxmayaraq, nə onunla, nə də digər işçilərlə Şəxs MMC arasında hər hansı bir müqavilə bağlanmamışdır. O, X13, X18 və X4 ilə birlikdə “Kalyon RSY” şirkəti ilə birlikdə fəaliyyət göstərən Şəxs MMC-də körpü tikintisi ilə bağlı izolyasiya üçün qırlı kağız (tol) vuraraq işləyərkən onlar tərəfindən görülən işlərə ümumi nəzarəti Hakan Kirman adlı Türkiyə Respublikası vətəndaşı həyata keçirmişdir. Sonuncunun Şəxs MMC-də hansı vəzifədə işləməsi barədə isə məlumatı yoxdur. Şəxs MMC-də topoqraf kimi işləyən Türkiyə Respublikası vətəndaşı X15 izahatında göstərmişdir ki, o, təxminən 2021-ci ilin dekabr ayından etibarən Zəngilan rayonu ərazisində tikinti fəaliyyəti göstərən Şəxs MMC-də topoqraf vəzifəsində işləyir. Topoqraf kimi işi tikinti aparılan əraziyə uyğun olaraq topoqrafik xəritələrlə işlərin görülməsi, habelə ölçülərin götürülməsindən ibarətdir. “Kalyon RSY” şirkəti ilə aralarında bağlanan subpodrat müqaviləsinə əsasən Şəxs MMC Zəngilan rayonu ərazisində icraçı qismində tikinti fəaliyyətini həyata keçirir. Adı çəkilən şəxslərdən, o, yalnız X6 tanıyır. Sonuncu Şəxs MMC tərəfindən həyata keçirilən körpü tikintisi ilə bağlı köməklik göstərmək məqsədilə xatırlamadığı müddətdə tikinti işləri görmüşdür. Digər qeyd edilən şəxsləri isə tanımır. X5 Şəxs MMC-nin həyata keçirdiyi körpü tikintisi ilə bağlı köməklik məqsədilə işlədiyini bilsə də, sonuncunun hansı tarixlərdə kimlərlə birlikdə nə qədər işləməsi, habelə sonda nə qədər əmək haqqı alması barədə məlumatı yoxdur. X12 Şəxs MMC-də körpü tikintisi ilə bağlı kömək məqsədilə işləsə də, onun və ya digərlərinin həmin MMC ilə aralarında hər hansı bir müqavilə bağlanıb-bağlanmaması barədə məlumatı yoxdur. O, Şəxs MMCnin topoqrafı kimi yalnız həmin MMC-nin həyata keçirdiyi tikinti ilə bağlı iş sahəsində öz vəzifəsinə uyğun olaraq ümumi nəzarəti həyata keçirmişdir. Şəxs MMC-də iqtisadçı hüquqşünas vəzifəsində işləyən X19 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, X10 tanımır. X6 isə adı Şəxs MMC ilə hallandığı üçün son 1 həftədir ki tanıyır. X13 və X12 Şəxs MMC ilə işləməmiş, hər iki şəxslə MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Sənədlərə baxış aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X2 Sisteminin “Elektron sorğu" modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış aparılmışdır. X12, X13, X18 və X1 əmək müqaviləsi məlumatlarına baxış aparılan zaman müəyyən edilmişdir ki, qeyd edilən şəxslərin heç biri ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmamışdır. 09-C-25 nömrəli araşdırma materialı üzrə izahatlarının alınması zərurəti ilə əlaqədar, material üzrə aparılan araşdırma dövründə X12 ilə ona məxsus ***-***-**-** nömrəsi ilə mobil telefonla əlaqə saxlanıldığı zaman, sonuncu Akif İsgəndərov da daxil olmaqla, öz gətirdiyi işçilərlə “Taha inşaat" MMC-də işlərin görülməsinə köməklik göstərdiyini, lakin sadəcə kömək məqsədi ilə işlədikləri üçün əmək müqaviləsi və ya xidmət müqaviləsinin bağlanmadığını bildirmişdir. Şəxs MMC-nin Zəngilan rayonu ərazisində görülən işlər üzrə rəhbər vəzifələrində işlədiyini qeyd edən Hakan adlı şəxslə də ona məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanıldığı zaman X5 dediklərini qismən təsdiq etmişdir. “Baxış aparılması haqqında” 06 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zəngilan rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X17 Azərbaycan Respublikası CPM-in 51 və 236-cı maddələrinin tələblərinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, X2 Sisteminin “Elektron sorğu” modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış aparıldığı,X2 Sisteminin “Elektron sorğu” modulundan əldə edilmiş X12, X13, X18 və X1 əmək müqaviləsi məlumatlarına baxış aparılan zaman müəyyən edilmişdir ki, qeyd edilən şəxslərin heç biri ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmadığını qeyd olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X7 özünü öldürmək niyyəti olmamış, habelə bu niyyəti həyata keçirmək üçün hər hansı hərəkət etməmiş, bundan əlavə, onun hər hansı şəxsdən hər hansı cəhətdən asılılığının olması, ona qarşı ləyaqətinin mütəmadi olaraq alçaldılması, ona hədə-qorxu gəlinməsi halları araşdırma materialı üzrə təsdiqini tapmamış, araşdırma materialı üzrə cinayət tərkibi olmadığından, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında“ 08 fevral 2025-ci il tarixli qərara əsasən hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmsaı qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından görünür ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülkihüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Azərbaycan Respiblikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İV hissəsinə əsasən-əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hüquqi şəxs «TAHA İNŞAAT” MMC- onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi, qanuni təmsilçisi və direktoru Eyyup İnak, MMCnin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulduğu qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında tərəflərin elektron imzası ilə imzalanaraq bağlanmadan 4 nəfər işçinin - X12, X13, X18 və X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7 gün müddətində fəhlə kimi Zəngilan rayonu ərazisində həmin MMC-nin əsas fəaliyyət sahəsini təşkil edən tikinti fəaliyyəti ilə bağlı tikinti işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən, Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən X16 müvafiq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, qanunazidd şəkildə əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün işçi və işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində qeydiyyata alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı Şəxs tərəfindən əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında tərəflərin elektron imzası ilə imzalanaraq bağlanmadan 4 nəfər işçinin - X12, X13, X18 və X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7 gün müddətində fəhlə kimi Zəngilan rayonu ərazisində həmin MMC-nin əsas fəaliyyət sahəsini təşkil edən tikinti fəaliyyəti ilə bağlı tikinti işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən, Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında tərəflərin elektron imzası ilə imzalanaraq bağlanmadan 4 nəfər işçinin - X12, X13, X18 və X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7 gün müddətində fəhlə kimi Zəngilan rayonu ərazisində həmin MMC-nin əsas fəaliyyət sahəsini təşkil edən tikinti fəaliyyəti ilə bağlı tikinti işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi faktı öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş Şəxs barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Bununla əlaqədar inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti Şəxsndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-439/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-439/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver