Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-441/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X6 nümayəndəsi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından "xxxx" ASC-nin X15 X11 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin X15 X11 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 3(005)- 441/2021 nömrəli qərarından görünür ki, X6 Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 10.02.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, 3(103)-788/2021 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, X6 Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilmədən, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 nümayəndəsi X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, vətəndaş X4 əmək hüquqlarının pozulmasına dair müraciətinə baxılarkən əmək haqlarının hesablanmasında qanun pozuntularına yol verilməsi faktı aşkar edilmiş və 07 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Vüqar Kərimov Azərbaycan Respublikasının 192.4-cü maddəsinə əsasən 1000 manat cərimə edilmişdir. Protokol tam əsaslıdır. Eyni zamanda Vüqar Kərimov izahatında həmin tarixdə MMC-nin X15 vəzifəsinə təyin edilmədiyini və tarixlər arasında uyğunsuzluq olduğunu iddia etsə də bir sıra sənədlər vardır ki, həmin sənədlərdə artıq müstəqil olaraq qərar qəbul etməklə öz vəzifə səlahiyyətlərini icra etmişdir. Odur ki, verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07.12.2020-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 07.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, "xxxx" ASC-nin AR İXM-nin 192.4-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlandığı 52 nömrəli 01.12.2020-ci il tarixli məktubdan görünür ki, Vüqar Kərimov 30.11.2020-ci il tarixdə Səhmdarların ümumi yığıncağının Qərarına əsasən ASC-nin X15 vəzifəsinə seçilmişdir. Səlahiyyətli orqan tərəfindən protokol isə barəsində 25.11.2020-ci il tarixdə tərtib edilmişdir. Onun tərəfindən o hələ öz vəzifələrini icra etməyə başlamamış köhnə məsələlərə görə adına protokol tərtib edilməsi qanunamüvafiq olmadığı üçün məsələyə yenidən baxılmasına görə aidiyyəti şöbəyə göstəriş verilməsi xahiş edilmişdir. 06.11.2020-ci il tarixli "xxxx" ASC-nin X15 Vüqar Kərimov tərəfindən verilmiş arayışdan görünür ki, X8 "xxxx" ASC-nin QQH və TT- sexinin rəisi vəzifəsində çalişır. 65 yaşdan yuxarı vətəndaşların evdə qalması zərurəti ilə Azərbaycan Respublikası Nazilər Kabineti yanında Operativ Qərargahın "COVİD 19” Pandemiyasi ilə əlaqədar Qərara əsasən karantin müddəti bitənədək mühasibatlıq tərəfindən Ələsgər Xəlilova əmək haqqı İV; V; Vİ; Vİİ; VHİ-2020 cil il tarixlərində tam hesablanıb. Sentyabr ayı üçün boşdayanma kimi əmək haqının üçdə iki hissəsi hesablanıb. 01.10.2020-ci il tarixində bank kartı hesabına 1000.0 (bir min) manat pul köçürülüb. Bu köçürülmüş məbləğə sentyabr 2020-ci ilin boşdayanma kimi hesablanmış əmək haqqı (260 man 65 qəp və 65 yaş ilə əlaqədar (pandemiya dövründə) olan əmək haqqı məbləğin bir hissəsi 739 man 35 qəp daxildir 752 man 53 qəp (yeddi yüz əlli iki man 53 qəp) olan fərq pul vəsaiti dövlətdən daxıl olduqda ödəniləcəkdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normadan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işə götürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi "xxxx" ASC-nin X15 X11 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində hansı qanun pozuntusuna yol verilməsi aydın deyil. Belə ki, Bakı Apelyasiya Məhkəməsi 22.04.2021-ci il tarixli, 3(103)-788/2021 nömrəli qərarında qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi 06.11.2020-ci il tarixli "xxxx" ASC-nin X15 Vüqar Kərimov tərəfindən verilmiş arayışa istinad edərək, əslində isə X8 işdən azad edilərkəınn ona əmək haqqının son haqq-hesabın verilmədiyi vaxt "xxxx" ASCnin X15nin X5 olmasını və iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə X8 tərəfindən yazılmış 01 oktyabr 2020-ci il tarixli izahatında məhz X5 hərəkətlərinə görə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı göstərdiyi xüsusatları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan qərar çıxarılmışdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin X15 X11 tərəfindən işəgötürən kimi işçi X4 əmək haqqısının verilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X10 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İXM-in: 75-i maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X12 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 07.12.2020-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X12 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də X12 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 07.12.2020-ci il tarixli, MN ******* nömrəli qəbul edilmiş qərar ləğv edilməli və iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 07.12.2020-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin. X12 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-441/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-441/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver