Məhkəmə qərarları › İş №3(005)-4425/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4425/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4425/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1950-ci il tarixdə anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC -nin rəhbəri, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küç. ev 63, mənzil 37-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 21 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən bir sıra icra sənədləri icra edilmir. Bununla da "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 44995.6 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci tarixdə şöbənin icratına daxil olmuş, həmin tarixdə icra məmuru Elgiz Qəmbərov tərəfindən icraata başlanılmış, icraata başlamaq haqqında qərarın surəti tələkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərilmişdir. Borclu "xxxx" MMC-nin borclu qismində olduğu 12 icra işi şöbəninin icraatında olduğundan bütün icra sənədləri xx.xx.2023-cü il tarixdə bir icraatda birləşdirilmişdir. Bu səbəbdən borclu "xxxx" MMC-nin bank hesablarına xx.xx.2023-cü il tarixidə inkasso sərəncamı qoyulmuş, inkasso sərəncamı 2 ay müddətində bankda saxlanılmış, lakin borclunun bank hesablarında pul vəsaiti olmadığından inkasso sərəncamları icra edilmədən geri qaytarılmışdır. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs ölkədən giriş- çıxışı Nərimanov rayon Məhkəməsinin 8(005)-475/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən məhdudlaşdırılmışdır. İcra sənədləri təmin edilmədiyindən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində xx.xx.2019-cu il tarixdə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov rayon Məhkəməsinin 3(005)-510/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 ( bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin mülkiyyətində daşınar və daşınmaz əmlakların olub-olmaması barədə müvafiq qurumlara sorğular göndərilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmiş cavab məktubuna əsasən borcluya məxsus traktor və digər mexanikə nəqliyyat vasitələrinin qeydiyyata alınmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən borclunun mülkiyyətində ünvan 1 ünvanında 9, 10, 22, 26, 27, 33, 36, 37,39, 42, 45, 60, 79, 66, 1,4, 83, 46, 29, 61 saylı mənzillərin və 38.5 kv.m olan qeyri-yaşayış sahəsi (7 saylı) qarajın olduğu məlum olmuşdur. Borcluya məxsus əmlaklarının üzərinə həbs qoyulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş və Nərimanov rayon Məhkəməsinin 8(005)- 111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilməmiş, buna səbəb həmin əmlakların digər şəxslərə satıldığını və borclu ilə mənzilləri əldə edən şəxslər arasında müqavilənin məhkəmənin həmin mənzillərə dair icra vərəqləri çıxarılmamışdan əvvəl bağlandığı göstərilmişdir. İcra sənədlərinin təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə “İcra Haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən borcluya məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması üçün qərar qəbul edilmiş və icra edilməsi üçün şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmiş məktubda qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, həmin əmlaklar özgəninkiləşdirilmişdir. İcra sənədinin icra edilməsi məqsədilə borclunun icra sənədində göstərilən ünvanında olduq, həmin ünvanda "xxxx" MMC-nin fəaliyyət göstərmədiyi müəyyən edilmiş və buna dair tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclunun hüquqi ünvanın ünvan 2dir. Bu səbəbdən də icra sənədi icra tədbirlərinin davam etdirilməsi məqsədilə “İcra Haqqında” Qanunun 24.1.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə ərazi aidiyyəti üzrə Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədləri Binəqədi rayon icra şöbəsi tərəfindən, borclu "xxxx" MMC-nin şöbəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli 04 saylı arayışa əsasən şöbə tərəfindən xx.xx.2024-cü il tarixli qərar üzrə yenidən Nərimanov rayon icra şöbəsinə göndərilmiş və həmin icra sənədləri xx.xx.2024-cü il tarixdə Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin icraatına daxil olmuşdur. Bundan sonra borclu "xxxx" MMC-nin rəhbəri Şəxs xx.xx.2024-cü ildə şöbəyə dəvət edilmiş və onun izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(005)-2183/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinmiş və barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədlərinin icrasını təmin etməsi üçün müxtəlif vaxtlarda, xəbərdarlıq məktubları göndərilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bununlada borclu Svit Haus MMC-nın rəhbəri Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaarq tərəflər məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxslərinin iştirakı olmadan işə baxılmasını uyğun hesab etmişdir. Həmçinin iş üzrə zərərçəkmiş şəxs (tələbkar) xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram vasitəsilə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclu "xxxx" MMC-dən 44995.6 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq X1 ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-475/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-510/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 ( bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2183/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinmiş və barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” qərarların və müvafiq bildirişlərin surətindən görünür ki, borclu Svit Haus MMC-ya icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardam görünür ki, "xxxx" MMC-nin borclu qismində olduğu 12 icra işi bir icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar