Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4456/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şəxs iştirakı lə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 və 342.9-cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:50 radələrində idarə etdiyi “Kia Picanto” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 və 342.9cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hadisə olan zaman nəqliyyat vasitəsi hərəkətdə olmamış, dayanmış formada olmuşdur. Nömrənin üzərinə hamarlayıcının üzərinə necə düşdüyünü görməmiş, ehtiyatsızlıqdan olmuşdur. Bu səbəbdən məhkəmədən qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştiraklar olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkilə və DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Kia Picanto” minik markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir (hamarlayıcı vasitəsilə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, (............) 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.9-cu maddələrinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, o cümlədən fotoşəkil və videogörüntüləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafiq olaraq öz daxili inamına əsasən qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İş üzrə müəyyən edilməli olan əsas hüquqi məsələ, Şəxs əməlində İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olub-olmamasından ibarətdir. İXM-nin 342.9-cu maddəsi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadəyə görə inzibati məsuliyyət müəyyən edir. Bu inzibati xətanın obyektiv cəhəti, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının vizual olaraq tam və ya qismən oxunmasını qəsdən çətinləşdirən istənilən vasitə (örtük, lent, qurğu və s.) ilə təchiz edilməsi və bu vəziyyətdə ictimai yollarda olması ilə tamamlanmış hesab olunur. Barəsində icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsinin hadisə zamanı hərəkətdə olmadığı, dayanmış vəziyyətdə olması, o cümlədən nömrənin örtülməsinin ehtiyatsızlıqdan baş vemrəsi barədəki arqumenti məhkəmə tərəfindən hüquqi əhəmiyyət kəsb etməyən hal kimi qiymətləndirilir. Belə ki, qeyd olunan normanın məqsədi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının fasiləsiz və maneəsiz şəkildə identifikasiyasını təmin etməkdir. Bu identifikasiya zərurəti nəqliyyat vasitəsinin yalnız hərəkətdə olduğu anlarla məhdudlaşmır, həmçinin onun dayandığı və ya durduğu bütün hallara da şamil edilir. Dövlət qeydiyyat nişanının görünüşünün çətinləşdirilməsi, özlüyündə davam edən bir hüquq pozuntusu olaraq, ictimai təhlükəsizliyin təmin edilməsinə və hüquq-mühafizə orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsinə maneə yaradır. Təqdim edilmiş videogörüntüdən də aydın şəkildə görünür ki, nəqliyyat vasitəsi ictimai istifadədə olan yerdə bu vəziyyətdə mövcud olmuşdur və nömrələrdən birinin üzəri örtülmüşdür. Buna görə də, nəqliyyat vasitəsinin hərəkətdə olub-olmaması xətanın tövsifi üçün hüquqi əhəmiyyət daşımır. Bundan əlavə, məhkəmə nömrənin üzərinin ehtiyatsızlıqdan örtülməsi ilə bağlı arqumentə də tənqidi yanaşır və müdafiə mövqeyi kimi qiymətləndirir. Şəxs təqsirliliyi aşağıdakı sübutların məcmusu ilə tam təsdiqini tapır: İnzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol: Həmin protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, hadisənin vaxtı, yeri, mahiyyəti və digər zəruri məlumatlar onda öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkil və DVD diskdəki videogörüntü təkzibedilməz sübut kimi çıxış edərək, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa nömrə nişanının üzərinin lent vasitəsilə qismən örtüldüyünü və bununla da nişanın rəqəmlərinin tam şəkildə oxunmasının qəsdən çətinləşdirildiyini aydın şəkildə nümayiş etdirir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar məcmusu Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini birmənalı şəkildə təsdiq edir. İnzibati məsuliyyəti istisna edən və ya iş üzrə icraatı rədd edən hallar mövcud deyildir. İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs İXM-nin 346.4-cü maddəsi ilə tənbeh edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edən tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İXM-nin 346.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 346.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməli, İXM-nin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş predmet (örtük) müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs İXM-nin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4456/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4456/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver