Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-446/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 06 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 3(005)- 446/2021 saylı qərarı ilə (hakim V.R.Qurbanov) Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin 07.05.2021-ci il tarixli 3(103)-1016/2021 nömrəli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-446/2021 nömrəli, 25.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portalının çıxarışından görünür ki, “xxxx” MMC tərəfindən balansında olan “Hyundai Elantra” minik markalı, **-PH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 16.07.2020-ci il tarixdə İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi ilə əlaqədar tərtib edilmiş protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunur. Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X2ndən “xxxx” MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub “xxxx” MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və 14.12.2020-ci il tarixdə “Heybilli” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli 06 fevral 2021-ci il tarixli protokolu, nümayəndənin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, hüquqi şəxsin və ya dövlət orqanının İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncunun səlahiyyətli orqan tərəfindən ünvanlanmış olan müvafiq sorğunu əldə etdikdən sonrakı 5 gün ərzində məlumatın verilməməsi təqdirdə yaranır. Lakin, inzibati xəta haqqında protokola əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X2ndən “xxxx” MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub “xxxx” MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və 14.12.2020-ci il tarixdə “Heybilli” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. İş materiallarında olan Yasamal RPİ tərəfindən Şəxs MMC-yə ünvanlanan sorğunun 22.01.2021-ci il tarixdə həmin hüquqi şəxs tərəfindən alınmasına dair xəbərnamənin kim tərəfindən alınmasını göstərən imza və ya sorğunun həmin hüquqi şəxsə təqdim edilməsini təsdiq edəcək hüquqi şəxsin möhürü ilə təsdiq edilməmiş, apelyasiya icraatında həmin nöqsanların aradan qaldırılması mümkün olmamışdır. Yasamal RPİ-nin Dövlət X2 tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə, «xxxx» MMC-yə mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərmiş, lakin iş materiallarında olan xəbərnamədə Şəxs MMC-də qeyd edilən sorğunun qəbul edilməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Başqa sözlə desək səlahiyyətli orqan tərəfindən göndərilmiş sorğu bir hüquqi şəxs tərəfindən qəbul edilməsi iş materiallarında mövcud olsa da («xxxx» MMC) hazırda barəsində protokol tərtib edilmiş Şəxs MMC tərəfindən mübahisələndirilən sorğunun qəbul edilməsi öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə “Hyundai Elantra” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə səlahiyyətli orqan tərəfindən rəsmi sorğu düzgün göndərilmədiyindən, Şəxs MMC müvafiq sorğuya İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində tələb olunan 5 gün ərzində cavab verməsindən ibarət öhdəlikdən də azad olmuşdur. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-446/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-446/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver