Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4462/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli 3-17- 512-72533/2025 saylı göndərilmiş məktubda qeyd olunan sənədlərin 7 (yeddi) iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim olunması tələb olunmuş, lakin xx.xx.2025ci il tarixinədək sənədlər təqdim olunmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, EMİS-dən əldə olunan vergi ödəyicilərinin məlumatlarına dair elektron çıxarışdan görünür ki, hüquqi şəxs ünvanı Şəxs MMC ünvan 1ək Plaza, A blok, 13-cü mərtəbədə 2 № QYS-dir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədilən inzibati xətalara aid olduğuna görə inzibati xətanın törədildiyi yer hüquqi şəxsin ünvanı hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7 və 110.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4462/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4462/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver