Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4497/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin EQ 26420582 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in BDYPİ-nin EQ 26420582 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, əvvəllər **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2023-cü ilə qədər etibarnamə əsasında idarə etmişdir. 2023-cü ildən etibarən həmin nəqliyyat vasitəsindən istifadə etmir və onun idarə olunması ilə hər hansı bir əlaqəsi qalmamışdır. xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək "xxxx" MMC-də sürücü vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixindən bu günə qədər isə "xxxx" MMC-də sürücü kimi fəaliyyət göstərir. Əmək kitabçasında "xxxx" MMC-də işə qəbul və işdən çıxma tarixləri qeyd olunmuşdur. Həmçinin "xxxx" MMC-dən arayış təqdim etmişdir. Buna baxmayaraq xx.xx.2025-ci il tarixli EQ 26420582 nömrəli inzibati protokol üzrə onun adında inzibati xəta qeydə alınıb. Qeyd olunan protokolla bağlı məsuliyyətin onun üzərinə yönəldilməsi əsassızdır. Çünki göstərilən tarixlərdə həmin nəqliyyat vasitəsini idarə etməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq həmin inzibati protokolun araşdırılmasını və haqsız məsuliyyətin üzərindən götürülməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu, bildirərək xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 2021-ci ildən 2023cü ilə kimi “Shacman” yük markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil beton zavoda məxsus olmuşdur. 2023-cü ildə həmin işdən çıxmışdır. Lakin elektron radarlar hələ də onun adına gəlir. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də 600 manat əmək haqqı almaqla sürücü işləyir. Ünvanına cərimələrlə bağlı heç bir xəbərdarlıq gəlməmişdir. xx.xx.2025-ci ildə e-polis mobil tətbiqini yazdıqdan sonra məlumatı olmuş, polisə müraciət etmişdir. Heç bir cavab almadığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası DİN-in BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin EQ 26420582 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 19:18-də Abşeron rayonu, Saray qəsəbəsi, Alimlər binasının yanı ərazisində “Shacman” yük markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən edir ki, inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 19:18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Alimlər binasının yanı ərazisində ərazisində “Shacman” yük markalı, **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. C.İsgəndərov şikayət ərizəsində və məhkəmə iclasında izahatında həmin vaxt nəqliyyat vasitəsini onun idarə etmədiyini qeyd etmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd olunan inzibati xəta hadisəsinin məhz C.İsgəndərov tərəfindən törədilməsini təsdiq edən hər hansı sübuta istinad edilməmiş, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, ümumi müddəanın qeyd olunması ilə kifayətlənilmişdir. Məhkəmə qənaətə gəlir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in BDYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin EQ 26420582 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4497/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4497/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver