Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4518/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nın etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X1 tərəfindən hüquqi şəxs "xxxx" MMC-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 20 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 20 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə 3-17-5/2-78072/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, tələb olunan sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nın etibarnamə üzrə nümayəndəsi X3 bildirmişdir ki, sorğuya baxış keçirilmiş və sənədlər vaxtında təqdim edilmişdir. Həmçinin bildirmişdir ki, inzibati orqan özü də həmin sənədləri elektron qaydada əldə edə bilərdi. Bu səbəbdən çatışmayan sənədlərin onlardan tələb edilməsi düzgün olmamışdır. Sonda məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X5 tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-ya 3-17-5/2-78072/2025 nömrəli, xx.xx.2025 -ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, tələb olunan sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 3-17-5/2-78072/2025 nömrəli, xx.xx.2025 -ci il tarixli məktubundan görünür ki, X7 əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə X4 aid sənədlərin 7 iş günü ərzində X10 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. mailto:samandarova.aygun@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından mailto:demx_bshi@sosial.gov.azElektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş sənədin surətindən görünür ki, bildirilmişdir ki, "SR-A Construction” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan X7 ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a” bəndinə əsasən — işəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməsi qaydasında 11 avqust 2025-ci il tarixində xitam verilmişdir. İşçinin əmək fəaliyyəti dövründə ona aid olan əmək haqqı, son haqq-hesab, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və digər ödənişlər tam həcmdə və vaxtında ödənilmişdir. Ödənişlərin təsdiqi məqsədilə müvafiq mühasibat sənədləri bu məktuba qoşma fayl kimi təqdim olunur. Təqdim edilmiş qoşma sənədlərinə baxış keçirilən zaman müəyyən olunur ki, hüquqi şəxs tərəfindən əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və ya bank arayışı, son 12 ay üzrə) və son haqq-hesabın hesablanması cədvəli Əmək Müfəttişliyinə təqdim edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirİ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nın əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur və onun törədilməsi tam sübuta yetirilmişdir. İş üzrə tətbiq edilən İXM-in 539.3-cü maddəsi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi üçün məsuliyyət müəyyən edir. Bu normanın hüquqi təhlili göstərir ki, inzibati xətanın obyektiv cəhəti bir neçə alternativ hərəkətsizlikdə təzahür edə bilər: məlumatın ümumiyyətlə təqdim edilməməsi, natamam təqdim edilməsi, yanlış məlumatların təqdim edilməsi və ya qanunla müəyyən edilmiş müddətdən sonra təqdim edilməsi. Hazırkı işin hallarında, X10 Xidmətinin sorğusuna cavab olaraq sənədlərin natamam təqdim edilməsi faktı, xətanın obyektiv cəhətini məhz “natamam təqdim edilməsi” elementləri ilə tam əhatə edir. Məhkəmə müəyyən edir ki, Xidmətin "xxxx" MMC-dən məlumat tələb etməsi tam qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsi birbaşa müəyyən edir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini tələb etmək hüququna malikdir. Vətəndaş şikayəti əsasında araşdırma aparılması Xidmətin qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində olduğundan, onun 3-17-5/2-78072/2025 saylı, xx.xx.2025 -ci il tarixli sorğusu hüquqi şəxs üçün icrası məcburi olan qanuni tələb statusuna malikdir. İş materiallarına əlavə edilmiş mailto:samandarova.aygun@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından mailto:demx_bshi@sosial.gov.azElektron ünvan 2 elektron poçt ünvanına sənədlərin göndərilməsi və müvafiq sənədləri qoşma kimi göndərilməsi təsdiq edir ki, sorğu məktubu ilə hüquqi şəxs məlumatlı olmuş və məktuba cavab yazmışdır. Məktubun rəsmi qaydada çatdırılması faktı sübuta yetirildiyindən, hüquqi şəxsin həmin məktubun məzmunu ilə tanış olduğu prezumpsiyası yaranır. Müdafiə tərəfinin dövlət orqanı çatışmayan sənədləri elektron qaydada sistemdən əldə edə bilməsinə istinad etməsi hüquqi cəhətdən əsassızdı və özünü müdafiə xarakteri daşıyır. Belə ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri olan məlumatların tam təqdim edilməsini işəgötürən təmin etməli idi. Lakin hüquqi şəxs tərəfindən sənədlər təqdim edilsə də müfəttişliyə göndərilən elektron poçta nümayəndənin iştirakı ilə baxış keçirilərkən qoşma kimi göndərilən sənədlərin siyahısında sorğuda tələb olunan sənədlərin tam göndərilmədiyi müəyyən edilmişdir. Belə ki, tələb olunan materiallar digər yol ilə əldə edilməsi mümkün deyildir. İşin hallarının məcmusu göstərir ki, "xxxx" MMC hüquqi şəxs kimi fəaliyyət göstərən subyekt olaraq, özünə ünvanlanmış rəsmi sənədlərin qəbulunu və onlara vaxtında cavab verilməsini təmin etməli idi. Bu vəzifənin yerinə yetirilməməsi onun təqsirini sübut edir. Belə ki, hüquqi şəxsin rəhbərliyi öz fəaliyyətini təşkil edərkən lazımi diqqət və ehtiyatlılığı göstərməmiş, nəticədə dövlət orqanının qanuni tələbi icrasız qalmışdır. Yuxarıda göstərilən hüquqi və faktiki təhlillərin yekunu olaraq məhkəmə bu qənaətə gəlir ki, "xxxx" MMC-nın əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın bütün tərkib elementləri mövcuddur və tam sübuta yetirilmişdir. Məhkəmə, İXM-in 31.3-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati tənbeh tədbirini təyin edərkən, bir tərəfdən, hüquqi şəxsin faktiki olaraq fəaliyyətsiz olması barədə nümayəndənin izahatını nəzərə alır, digər tərəfdən isə dövlət orqanının qanuni fəaliyyətinə maneçilik törədilməsinin ictimai təhlükəliliyini və bu cür halların yolverilməzliyini qiymətləndirir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədiyindən, məhkəmə hüquqi şəxs barəsində İXM-in 539.3-cü maddəsinin sanksiyası çərçivəsində cərimə tətbiq edilməsini ədalətli, qanunauyğun və mütənasib hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2.000 (iki min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4518/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4518/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver