Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-453/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon DYPŞ Şəxs ASC barəsində İXM-in 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixdə “Həsənov” soyadlı şəxs tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şəxs ASC tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə daxil olmuş məlumatdan görünür ki, xx.xx.2024-cü tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola dair) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən '"Prior Leasing” ASC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü tarixli, İXP ******* nömrəli Protokol tərtib edilmiş, Protokol və digər sənədlər baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında Protokola görə, LHXUS NX200T minik markalı, 99PG727 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin sürücüsü barəsində verilmiş sorğu mülkiyyətçi Şəxs ASC tərəfindən AR İXMnin 347-ci maddəsində nəzərdə tutulan müddət ərzində cavablandırılmamış, nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qeyd olunan maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıdakı əsaslardan dolayı protokolla razılaşmayaraq yazılı etirazlarını məhkəməyə təqdim edərək İş materiallarından aydın olduğu kimi, Şəxs ASC-nin mülkiyyətində olan LEXUS NX200T minik markalı, 99PG727 dövlət qcydiyyatlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2024-cü il tarixdə AR İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib edən səlahiyyətli orqanın mülahizəsinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyinin müəyyən edilməsi məqsədilə mülkiyyətçi Şəxs ASC-yə xx.xx.2024-cü il tarixdə sorğu göndərilmişdir. AR İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sönədin kötüyünə imza etdirilməklə verilir. Bildiririk ki, sözügedən sorğu, ümumiyyətlə, Şəxs ASC-yə çatdırılmamışdır. Bildirişin çatdırılmasına dair təqdim edilmiş xəbərnamədə qeyd edilmiş imza sahibinin kimliyi isə heç bir formada Şəxs ASC-yə məlum deyil. Həmçinin xəbərnamədə sənədin hansı ünvana göndərilməsi ilə bağlı məlumat yoxdur. Xəbərnamədə həmçinin poçt orqanın adətən iki möhürü olur ki, biri sənədin çıxmağını, digəri daxil olmasını göstərir. Mövcud möhür də demək olar oxunmur ki, ən azından sənədin çıxma tarixi müəyyən edilməli, digər tərəfdən məhkəməyə təqdim edilmiş sənədlərin bir qismində Şəxs ASC-nin ünvanı ünvan 1qi və faktiki ünvanı inzibati xəta haqqında Protokolda doğru qeyd edilsə də, həmin ünvana protokolun tərtib edilməsi haqqında bildiriş daxil olmamış, protokol haqqında, ümumiyyətlə, heç bir formada məlumat verilməmişdir. İnzibati xəta haqqında Protokolda hüquqi şəxsə məlumat verilməsinə dair qeydlə razılaşmayaraq bildiririk ki, protokol tərtib edilərkən, eləcə də sonradan Şəxs ASC-nin protokolla taııış olmağı üçün şərait yaradılmaması, halbuki, AR İXM-nin 57.1-ci maddisinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsi,məhkəmənin diqqətinə onu da çatdırmaq istərdik ki, protokolun tərtibi zamanı qanunla nəzərədə tutulmuş müddət nəzərə alınmadığını, AR İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda isə inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edildiyini,iş üzrə məhkəməyə təqdim edilmiş protokolun isə xx.xx.2024-cü il tarixdə, yəni Şəxs ASC tərəfindən törədildiyi irəli sürülən inzibati xətanın baş verməsindən təxminən 12 gün sonra tərtib edilməsini, məhkəməyə təqdim edilmiş sənədlər tərtibat tarixləri baxımından bir-birinə uyğun olmamasını,belə ki, iş materiallarına əlavə edilmiş sorğunun xx.xx.2024-cü il tarixdə hazırlanmış və göndərilmiş, sorğu qanunla nəzərdə tutulmuş müddət ərzində cavablandırılmadığı üçün xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında Protokol tərtib edildiyini, yuxarıda qeyd olunanlara əsasən hesab olunur ki, Şəxs ASC tərəfindən AR İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmədiyindən Şəxs ASC İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilə bilməz və Şəxs ASC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tam əsassızdır. Şəxs ASC barəsində inzibati xəta haqqında icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən balansında olan “LEXUS NX200T” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:32-də Şəxs ASC-nin mülkiyyətində olan “LEXUS NX200T” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Xətai rayon DYPŞ-dən Şəxs ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, məktub Şəxs ASC-nin hüquqi ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXMin göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin Şəxs ASC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Həmin poçt xəbərnaməsi “Həsənov” soyadlı şəxs tərəfindən imzalanmışdır ki, həmin şəxs Şəxs ASC-də işləmədiyi məlum olmuşdur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs ASC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-453/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-453/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver