Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-455/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X7 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X7 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 80 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X7 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə 20 yanvar dairəsində işlədiyi “xxxx” QSC-yə məxsus KİA Cerato markalı minik avtomobili ilə hərəkət edərkən təxminən saat 16:12 radələrində guya qırmızı işıqdan keçdiyi üçün DYP Yol patrul xidmətinin əməkdaşı baş inspektor polis polkovnik leytenantı X6 onu saxlamağa çalışmışdır. Polis əməkdaşının onu saxlamağa çalışdığı yer avtomobilin saxlanılması üçün qadağan edildiyi yol olmuşdur. Əgər o, avtomobili saxlasaydı digər avtomobillərin fəaliyyətinə mane olacaqdı. Buna görə də, avtomobil tərəfindən saxlanılmamışdır. Nəsimi Rayon Məhkəməsinin qarşısında avtomobili saxlayaraq əgər yol hərəkət qaydasını pozmuşsa protokolu ünvanına göndərməsini bildirmişdir. Bundan başqa əməkdaşlar tərəfindən saxlanılmağa çalışarkən işlə bağlı ezam olunduğu ərazidən qayıdarkən işğal olunmuş torpaqların azad olunması uğurunda mübarizə aparan rəşadətli ordumuzun əsgərlərinə yardım payı verməkdən gəlmişdir. Buna görə də yorğun olduğunu lazım olan protokolu yazıb göndərmələrini və onu qadağan olunmuş yolda maşın saxlamağa məcbur etməmələrini bildirmişdir. Buna görə ona AR İXM-nin 332.1, 327.2, 327.3-cü maddələrinə əsasən 80 manat məbləğində cərimə yazılması qanunvericiliyin kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Avtomobilin saxlanılmasının qadağan olunduğu yolda onun qanuna uyğun olaraq avtomobili saxlamamağı əmrə tabe olmamağı demək deyildir. Əksinə polis əməkdaşının bunu tələb etməsi qanun pozuntusudur. Göründüyü kimi tərəfindən əmrə tabe olmama kimi inzibati xəta törədilməmişdir. Bundan əlavə o, qırmızı işıqdan keçməmişdir. Yaşıl işıq yanıb sönən zaman xəttin üzərində olduğu üçün avtomobili saxlaya bilməzdi buna görə də, 327.2-ci maddə ilə cərimə yazılması qanunsuzdur. Bundan əlavə o, avtomobili xx xxxxxx 2020-ci il tarixli etibarnamə əsasında idarə edir. İddia ərizəsinə əlavə olunmuş etibarnamənin surəti ilə də avtomobili etibarnamə əsasında idarə etdiyini bir daha sübut edilir. Göstərilənləri nəzərə alaraq AR İXM-nin 332.1, 327.2, 327.3-cü maddələrinə əsasən tərtib edilmiş İXP3606656 saylı protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ilə tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2878/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət ərizəsi qismən təmin olunaraq TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhəri BPİ-nin X11 göndərilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati xətanın araşdırılması hər hansı sübut təqdim edilmədən mümkün deyil. Onun tərəfindən təqdim edilmiş sübutlar isə AR İXM-nin 327.2, 327.3, 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyini sübut edir. Məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) AR İXM ilə müəyyən edilmiş tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olacaq dərəcədə pozmaqla barəsində TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı qəbul etmişdir. AR İXM-nin 327.2, 327.3, 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmağı qanunla müəyyən olunmuş qaydada mümkün olmadığı üçün inzibati məsuliyyətə cəlb oluna bilməz. İş üzrə natamamlıqların aradan qaldırılması üçün yenidən arşdırılmalı və müvafiq qərar qəbul edilməlidir. Buna görə də Bakı şəhər BPİ-nin Dövlət X9 əməkdaşı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar ləğv edilməli, iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət X11 göndərilməlidir. Göstərilənlərə baxmayaraq Bakı şəhər BPİ-nin Dövlət X9 əməkdaşı X4 yenidən qanunvericiliyin tələblərini kobud surətdə pozaraq onu AR İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək 80 manat məbləğində cərimə olunması barədə xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qəbul edilmiş qərarda heç bir əsaslandırılmış mövqeyə rast gəlmək mümkün deyil. Bakı şəhər BPİ-nin Dövlət X9 əməkdaşı məhkəmə tərəfindən qəbul edilmiş qərarı heçə sayaraq yenidən öz ədalətsiz mövqeyini rəhbər tutmuşdur. Onun inzibati xəta törətməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur və bu xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda da öz əksini tapmamışdır. Belə ki, Bakı şəhər BPİ-nin Dövlət X13 iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hər hansı sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun olmayan, sırf subyektiv mülahizələrə və ehtimallara əsaslanan mövqe nümayiş etdirməklə əsassız və qanunsuz qərar çıxarmışdır. Halbuki, Nərimanov Rayon Məhkəməsinin 3(005)-2878/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında işin yenidən araşdırılması qərara alınmışdır. Buna görə də, xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, polis orqanında heç bir sübut yoxdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə protokol tərtib edilsin. Məhkəmə tərəfindən qərar ləğv edilərək yenidən araşdırma aparılması üçün səlahiyyətli orqana göndərilməsinə baxmayaraq heç bir araşdırma aparılmamış yenidən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Dövlət X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X7 YPX baş inspektoru X6 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, X3 tərəfindən xx.xx.2020-ci tarixdə, saat 16:12-də Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X7 əməkdaşı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, X1 Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” QSC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, TQ- 104 nömrəli Etibarnamənin surətindən görünür ki, “xxxx” QSC-yə məxsus olan “Kia Cerato” markalı, **-AV-*** nömrəli qeydiyyat nişanlı avtomobilin idarə olunması X2 etibar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.2, 327.3 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X3 tərəfindən İXM-nin 327.2, 327.3 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Eyni zamanda iş materiallarından da göründüyü kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2878/2020 nömrəli qərarı ilə Bakı şəhəri BPİ-nin Dövlət X7 əməkdaşı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına baxmayaraq heç bir araşdırma aparılmamış, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X3 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X7 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X7 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-455/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-455/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver