Məhkəmə qərarları › İş №3(005)-4550/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4550/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4550/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxarkən müəyyən edilmişdir ki, işin icraatını rədd edən hallar mövcuddur. İş materiallarında olan: Bakı şəhəri Nərimanov RPİ-nin X1 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-nin ünvan 2 ünvanına göndərilmiş, xx.xx.2025-ci il tarixdə şəxsən “Həsənova Nailə (qeydiyyat)” adlı şəxsə verilmişdir. SX047412653AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub xx.xx.2025-ci il saat 15:39-da AZ1072 poçt məntəqəsi tərəfindən qəbul edilərək xx.xx.2025-ci il saat 12:41-də AZ9095 mübadilə məntəqəsinə təqdim edilmiş, xx.xx.2025-ci il saat 10:34-də AZ1008 poçt məntəqəsinə daxil olmuş, xx.xx.2025-ci il saat 11:30-da AZ1008 poçt məntəqəsi tərəfindən çatdırma cəhdi uğursuz olduğuna görə göndəriş yenidən istiqamətləndirilməklə xx.xx.2025-ci il saat 11:46-da AZ9095 mübadilə məntəqəsinə, oradan xx.xx.2025-ci il saat 16:24-də AZ1072 poçt məntəqəsinə daxil olmuş və xx.xx.2025-ci il saat 10:39-da AZ1072 “SULEYMANOV BAHLUL”-a çatdırılmış, yəni məktub geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən hərəkətsizliklə törədilən xətalara aiddir. Bu maddənin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətinə verilməsi üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusunun daxil olması mütləq şərtdir ki, səlahiyyətli orqan məhz ilk növbədə bu faktı təkzib edilməz, mötəbər dəlillərlə sübuta yetirməlidir. Bundan sonra isə müvafiq sorğunun daxil olduğu vaxtdan 5 gün müddətində qanunla öhdəliyi müəyyən edilmiş şəxslər tərəfindən məlumat verilmədikdə inzibati xəta törədilmiş hesab edilir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən Şəxs MMC-yə çatdırıldığı iddia edilən sorğu hüquqi şəxsə daxil olmamış, əksinə səlahiyyətli orqana geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53.1.2, 105.1, 109.2, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar