Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4581/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxmağa hazırlıq zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki «"xxxx" MMC tərəfindən balansında olan “Chevrolet Aveo” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXMnin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; Məhkəmə iclasında iştirak edən barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 bildirmişdir ki, səlahiyyətli orqanın məktubu onlara çatdırılmış, məktubu xx.xx.2025-ci il tarixdə rəsmi olaraq qəbul etmişlər. Sorğuya xx.xx.2025-ci il tarixdə rəsmi olaraq cavab verilmiş və sifarişli poçt göndəriş ilə göndərilmiş, elektron poçt izləmə sistemindən göründüyü kimi, həmin məktub xx.xx.2025-ci il tarixdə səlahiyyətli orqana çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, əməllərində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsini xahiş edirlər. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib İXP seriyalı xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki «"xxxx" MMC tərəfindən balansında olan “Chevrolet Aveo” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Elektron poçt göndərişi izləmə sistemindən edilmiş çıxarışdan görünür ki, Nərimanov DYPŞ-ə ünvanlanmış məktub alıcı tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi olaraq çatdırılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq belə qərara gəlir ki, "xxxx" MMC barəsində tərtib olunmuş protokol üzrə icraata barəsində icraat aparılan şəxsin əməllərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, İXM-nin 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə – vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Belə olan halda inzibati xəta haqqında qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokol dövlət orqanı barəsində deyil onun vəzifəli şəxsli barəsində tərtib olunmalı idi. İş materiallarına əlavə edilmiş sorğuya cavabdan və poçt göndərişi sənədlərindən göründüyü kimi, hüquqi şəxs tərəfindən sorğu alındığı tarixdən 3 gün müddətində rəsmi olaraq cavab verilmiş, xx.xx.2025-ci il tarixdə cavab məktubu rəsmi qaydada göndərilmişdir. Poçt göndərişi operator tərəfindən xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, hüquqi şəxs tərəfindən 5 gün müddətində məlumatlar təqdim edilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin öhdəliyi 5 gün müddətində məlumat vermək ilə məhdudlaşır və poçt operatorunun məktubu gec çatdırması hüquqi şəxsin məsuliyyətindən kənarda olmaqla, əməllərində inzibati xəta tərkibini istisna edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4581/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4581/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver