Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-460/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16cı PB-nin sahə inspektoru X3, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qax rayonu, Baydarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, administrator işləyən, Qax rayonu, Baydarlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. Həmin protokoldan görünür ki, 16-cı Polis Bölməsinin əməkdaşları Asif İbayev və X5 parkında xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində xidmətdə olarkən bir nəfər şəxsin telefonda nalayiq ifadələr işlətdiyini görüb yaxınlaşmışlar, həmin şəxsi etdiyi əməli dayandırmağa çağırsalar da, həmin şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X6 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında PB-nin əməliyyat müvəkkilləri Ramil Qəmbərli və Asif İbayev xidmətdə olarkən bir nəfər şəxsin telefonda danışarkən yüksək səslə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra etdiyi əməli dayandırmağa çalışsalar da həmin şəxs nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən polis əməkdaşları həmin şəxsi raportla Polis Bölməsinə təqdim etmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, məhkəmə iclasında protokol tərtib etmiş şəxsin bildirdikləri yalandır. O, göstərilənlərlə razı deyil. Belə ki, o, restoranların birində adminstrator işləyir. 05 fevral 2023-cü il tarixdə səhər saatlarında 5 nəfər tərkibdə ailə 2 nəfərlik səhər yeməyi seti sifariş etdilər. Ancaq onlara bildirmişlər ki, müdiriyyət 2 nəfərlik setin bu qaydada sifariş verilməsinə icazə vermir. Ailənin xanımı qalxaraq narazılıq bildirdi və ailənin kişisi ona nalayiq ifadələr işlədərək vəsiqə çıxardıb onu təhdid edib getmişdir. Bu hadisədən sonra bunlar başına gəlib. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili X4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında PB-nin əməliyyat müvəkkili Ramil Qəmbərli ilə xidmətdə olarkən bir nəfər şəxsin telefonda danışarkən yüksək səslə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra etdiyi əməli dayandırmağa çalışsalar da həmin şəxs nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxsi raportla 16-cı Polis Bölməsinə təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili X2 digər şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Asif İbayev tərəfindən həmin bölmənin rəisi Xəyal Şükürova ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında PB-nin əməliyyat müvəkkili Ramil Qəmbərli ilə xidmətdə olarkən bir nəfər şəxsin telefonda danışarkən yüksək səslə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, daha sonra etdiyi əməli dayandırmağa çalışsalar da həmin şəxs nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, Şəxs hazırda barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu guya xx.xx.2023-cü il tarixdə məhkəmə üçün qeyri-müəyyən hansısa şəxslə arasında baş vermiş münaqişə ilə əlaqələndirmiş, lakin həmin münaqişənin həqiqiliyinə dair o cümlədən, izahatında göstərdiyi digər xüsusatların reallığa uyğun olmasına dair məhkəməyə hər hansı tutarlı əsas təqdim edə bilməmiş, əksinə onun bu mövqeyi məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin, iş materiallarından və şahid ifadələrindən aydın olur ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 02:10-da saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə təhvil verilmişdir. Bu səbəbdən həbsetmənin əvvəli onun hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 fevral 2023-cü il tarixdən saat 02:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 fevral 2023-cü il tarixdən saat 02:10-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-460/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-460/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver