Məhkəmə qərarları › İş №3(005)-461/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-461/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-461/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülüzadə Çingiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis bölməsi polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Nümayəndə iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonu Çarhan kəndində qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 13-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis bölməsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis bölməsi polis sahə inspektoru X5 tərəfindən tərtib edilən 10 fevral 2023-cü il tarixli MN1564982 nömrəli protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Nərimanov rayonu, Atarürk prospekti 140 ünvanında tanışı X6 ilə mübahisə etmiş və sonda onu döymüşdür. Məhkəmə iclasında iştirak edən Nərimanov RPİ-nin 16-ci Polis Bölməsinin sahə inspektoru, X5 izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi məhəllə 3067, ev 42B, mənzil 107-də yaşayan, X7 xx.xx.2022-ci il tarixdə Nərimanov RPİnin 16-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Atatürk pr. 140 ünvanının qarşısında tanışı Şəxs tərəfindən döyülərək xəsarət almışdır. Müraciət əsasında Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru X3 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının 16-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində MN seriyalı ******* nömrəli, 10 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ozünü təqsirli bilməyərək qeyd etmişdir ki, X7 ilə əvvələr dostluq münasibəti olmuşdur, daha sonra aralarında pul mübahisəsi yaranmış və münasibətləri korlanmışdır. Əmirova Səbinə tərəfindən ona verilmiş borc pul məbləğləri tam olaraq Səbinə Əmirovaya qaytarılsa da ona qarşı yenidən əsassız tələblər olmuşdur. Əsassız pul tələblərini rədd etdiyi üçün aralarında problemlər yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Atatürk pr. 140 ünvanının qarşısında X6 ilə rastlaşmışdır, bu zaman Əmirova Səbinə ona təhqiramiz ifadələr işlətmişdir. Lakin, tərəfindən X4 qarşı heç bir cavab verilmədən avtomobilinə oturaraq oranı tərk etmişdir. X4 qarşı hər hansı təzyiq və ya döyülmə halları baş verməmişdir. Barəsində tərtib edilmiş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə çıxış edərək bildirmişdir ki, zərərçəkmiş şəxslə Şəxs arasında əvvəllərdə müxtəlif mübahisələr olmuş, dəfələrlə zərərçəkmiş şəxs tərəfindən müdafiə etdiyi şəxsi polisə şikayət etmişdir. Müdafiə etdiyi şəxs tərəfindən X4 qarşı heç bir təzyiq döymə halı olmamışdır. İnzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, onun Şəxs ilə dostluq münasibətləri olmuş, daha sonra Şəxs işi ilə bağlı borc pul vermiş, lakin həmin pulları qaytarmadığı üçün münasibətləri pozulmuşdur. Dəfələrlə ondan pulunun qaytarılmasını istənilsə də ona pulunu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində o, tək ünvan 3 ünvanla piyada getdiyi zaman təsadüfən Samir ilə rastlaşmış, bu zaman ona yaxınlaşaraq yenədə ondan pul borcunu ödəməsini tələb etmiş və bu zaman sözlü mübahisə yaradaraq onu söyüb təhqir edərək onun üzərinə hücum çəkib yumruğu ilə onun sifət və baş nahiyyəsindən vurmuşdur. Bundan sonra o, yanında olan İnarə adlı qadınla maşına əyləşərək oradan çıxıb getmişdir. Həmçinin Samir onu yumruğu ilə baş nahiyyəsindən vurduğu zaman sol qulağında olan qızıl sırğası açılaraq qulağından yerə düşmüş və hadisədən sonrada həmin sırğanı orada axtarmağına baxmayaraq tapa bilməyərək itirmişdir. Məhkəməyə xəsarət alması ilə bağlı şəxsillər təqdim edərək barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetirilməsi nəzərə alınaraq Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru X3 xx.xx.2022-ci il taricli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-ci polis bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi eksperitza və pataloq anatomiya birliyi publik hüquqi şəxsin” 1152 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər: sol alt göz qapağının qançırı, sol gözün ağlı qişasına hissəvi qansızma, başın gicgah-təpə nahiyəsinin hematomaları küt əşyanın təsirindən törənmişdir, qərraın xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığıa zərər vurmayan xəsarələr olduqları üşün dərəcləri təyin olunmamışdır. İşə əlavə edilmiş foto şəkillərdən də görünür ki, X2 göz nahiyəsində qansızma yaranmışdır. DİN-in Baş əməliyyat və statistik informasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Şəxs əvvəllər məhkum olunmamışdır. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmış o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar