Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-462/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar – X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X2 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1473/2013 saylı, 30.04.2013-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4929/2014 nömrəli, 03.10.2014-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1110/2018 nömrəli, 08.02.2018-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6583/2021 nömrəli, 06.12.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 15 fevral 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, 15.02.2022-ci ildə borclu Şəxs aliment borcunun və banka olan borcunun ödənilməsi təklif edilmiş, ancaq o, bildirmişdir ki, ödəmək imkanı yoxdur. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X2 protokolda göstərilənlərə uyğun izahat verərək, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş və cəzaçəkmə müəssisəsindən yeni azad edilmişdir. Bildirmişdir ki, hazırda borcunu ödəmək niyyətindədir, borcun ödənilməsindən yayınmır. Sadəcə hal-hazırda maddi vəziyyəti ödəniş etməyə imkan vermir. Qeyd edilənlərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X10 bildirmişdir ki, borclu Şəxs bir neçə ildir ki, qanuni qüvvəyə minmiş qətnamənin icrasından boyun qaçırır. Şəxs tərəfindən sonuncu ödəniş 25.06.2019-cu il tarixdə edilmişdir və ödənişin məbləği 300 manat olmuşdur. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1473/2013 saylı, 30.04.2013-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4929/2014 nömrəli, 03.10.2014-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1110/2018 nömrəli, 08.02.2018-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6583/2021 nömrəli, 06.12.2018-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” 15.02.2022-ci il tarixli qərardan görünür ki, icraatda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1473/2013 saylı, 30.04.2013-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4929/2014 nömrəli, 03.10.2014-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1110/2018 nömrəli, 08.02.2018-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6583/2021 nömrəli, 06.12.2018-ci il tarixli icra sənədlərində borclu Şəxs olduğundan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2013-cü il tarixli, 2(011)-1473/2013 saylı icra vərəqəsindən görünür ki, X7, Şəxs və X3 30.05.2012-ci il tarixli, 19-Z-1-0-463-12 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada 4188,30 manat əsas borc, 12.02.2013-cü il tarixinədək hesablanmış, faiz borcuna görə 245,86 manat cəriməyə görə 50 manat olmaqla cəmi 4484,16 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat Nikoyl İKB-nin xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 02.07.2013-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2013-cü il tarixli, 2(011)-1473/2013 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2014-cü il tarixli, 2(005)- 4929/2014 saylı icra vərəqsindən görünür ki, iddianın təmin edilməsi, 09 sentyabr 2006-cı ildə anadan olmuş X5 və 11 dekabr 2008-ci ildə anadan olmuş X8 və 11 dekabr 2008-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək cavabdeh Şəxs iddiaçı X6 xeyrinə tutulan alimentin məbləğinin artırılması və 03 sentyabr 2014-cü il tarixdən hesablanaraq hər ay uşağa görə 103 (bir yüz üç) manat cəmi 206 (iki yüz aaltı) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 11.11.2014-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2014-cü il tarixli, 2(005)-4929/2014 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli, 3(005)- 132/2015 saylı qərarından görünür ki, Şəxs Azərabyacan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə ona xəbərdarlıq elan edilməsi qərara alınmışdır. 13.04.2015-ci il tarixli, 110/2013 saylı xəbərdarlıqdan görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2014-cü il tarixli, 2(005)-4929/2014 saylı icra sənədinin icrasını təmin etməsi barəsində inzibati qaydada xəbərdarlıq elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 3(005)- 92/2016 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinməsi, 10 (on) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. 07.03.2016-cı il tarixli, 17/69-4500-9 saylı xəbərdarlıqdan görünür ki, Şəxs Qax Rayon Məhkəməsinin 03.10.2012-ci il tarixli, 2(024)-322/2012 saylı icra sənədinin icrasını təmin etməsi barəsində inzibati qaydada xəbərdarlıq elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(005)- 1110/2018 saylı icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli, 2(005)-4929/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh Şəxs hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 14.02.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(005)-1110/2018 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. 29.11.2018-ci il tarixli, 14582-15-3E.Q saylı xəbərdarlıqdan görünür ki, Şəxs Qax Rayon Məhkəməsinin 03.10.2012-ci il tarixli, 2(024)-322/2012 saylı, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1929/2014 saylı, 03.10.2014-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1110/2018 saylı, 08.02.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etməsi barəsində xəbərdarlıq elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 3(005)- 428/2019 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. 15.02.2019-cu il tarixli, 2461-15-3E.Q saylı xəbərdarlıqdan görünür ki, Şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)-1929/2014 saylı, 03.10.2014-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1110/2018 saylı, 08.02.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etməsi barəsində xəbərdarlıq elan edilmişdir. 31.05.2019-cu il tarixli, 6819-15-3E.Q saylı xəbərdarlıqdan görünür ki, Şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)-1929/2014 saylı, 03.10.2014-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1110/2018 saylı, 08.02.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etməsi barəsində xəbərdarlıq elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli, e-2(005)- 6583/2018 saylı əmrindən görünür ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış öhdəlik müqaviləsi üzrə 40.69 AZN məbləğində vəsaitin tutulması əmr edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 24.12.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli, 2(005)-6583/2018 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli olaraq təmin etmədiyini, barəsində axtarış elan olunmasını və axtarış əsasında saxlanılaraq icra şöbəsinə təqdim olunmasını, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 fevral 2022-ci il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-462/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-462/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver