Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-463/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən (bundan sonra "Müfəttişlik") qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla (bundan sonra "Qərar") "X11 Companies" MMC-nin (bundan sonra "Cəmiyyət") direktoru olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ("AR İXM") 192.1-ci maddəsinə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə əsasən 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Aşağıda qeyd edilənlərə əsasən belə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsassızdır və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəfindən qərarda adı qeyd edilən X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin yerinə yetirilməsinə cəlb edilməmişdir (tabellər əlavə olunur). Qəmər Yusifzadə özü də izahatında qeyd etdiyi kimi, Cəmiyyətə müraciət edənə kimi ''New Yorker" mağazasında işləmişdir. Bunu ƏMAS altsistemi və "my.gov.az" portalı vasitəsilə müəyyən etmək mümkündür. 2024-ci ilin noyabr ayında Q.Yusifzadə Cəmiyyətə işə düzəlmək üçun müraciət etmişdir və Cəmiyyətin əməkdaşı olmuş Ağa adlı şəxs tərəfindən onun müsahibə keçirilmiş və müsbət dəyərləndirilmişdir. Lakin Q.Yusifzadənin həmin vaxtı aktiv əmək müqaviləsi mövcud olmuşdur və Cəmiyyətin əməkdaşı tərəfindən ona əmək muqavləsinə xitam verildikdən sonra işə başlaya biləcəyi bildirilmişdir. Bundan sonra, Q.Yusifzadə öz iş yerində olmuş və noyabr ayının sonlarına doğru onun "New Yorker" mağazasında əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtlar "COP29" tədbiri ərəfəsi olduğundan Q.Yusifzadə Cəmiyyətə dekabr ayının əvvəlində əmək müqaviləsinə əvvəlki iş yerində xitam verildikdən sonra yenidən müraciət etmiş və xx.xx.2024-cü il tarixdə onunla əmək müqavləsinin rəsmiləşdirilməsi prosesinə başlanılmışdır. Bu zaman ƏMAS altsistemində əmək müqaviləsi tərtib edilərək "SİMA" imza ilə təsdiq üçün Q.Yusifzadəya göndərilmiş və müqavilə onun tərəfindən təsdiq edilmişdir (çıxarış əlavə olunur). Lakin müqavilə Cəmiyyət tərəfindən yekun təsdiq edilməmiş Q.Yusifzadə ona müqavilədə qeyd ediləndən daha artıq əmək haqqı vəd edildiyini bildirmiş və xx.xx.2024-cü il tarixdə Cəmiyyətə yaxınlaşaraq əmək müqaviləsi bağlamaq istəmədiyini qeyd etmişdir. Belə məlum olmuşdur ki, Cəmiyyətin əməkdaşı olmuş Ağa adlı şəxs ona daha yuxarı məbləğdə əmək haqqı vəd etmiş və bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Qərardan şikayət vermiş şəxs və şikayətçi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-yə məxsus kart və kartdan çıxarışlardan görünür ki, vətəndaş X5 08 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və onun kart hesabına "X11 Companies" MMC tərəfindən noyabr və dekabr ayları üzrə pul köçürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuş və bu səbəbdən barəsində səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində qərar qəbul edilmişdir. Həmin qərarla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan, həmçinin inzibati işin materiallarında olan sübutlardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta X4 tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-463/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-463/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver