Məhkəmə qərarları › İş №3(005)-464/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-464/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-464/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas Anar İsgəndərlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 16 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən Şəxs barəsində qəbul olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar və əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında 04 fevral 2022-ci il tarixli qərarda göstərilir ki, ünvan 2 ünvanda yerləşən “Gorgud” otelini icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozuduğu müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas Anar İsgəndərli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, yoxlama zamanı ünvan 2 ünvanda yerləşən “Gorgud” adlı oteldə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantın rejimlərinin pozulması faktı müəyyən edilmişdir. Belə ki, X1 ölkəmizdə yayılmış koronavirus (Covıd 19) xəstəliyi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vaksinasiya olunmadığı halda, 31.12.2021 -ci il tarixdə qeyd olunan otelə daxil olarkən otelin işçiləri tərəfindən sonuncunun peyvənd olunub- olmaması yoxlanılmayaraq içəri buraxılmış və ona xidmət göstərilmişdir. Materiala əlavə olunmuş 25 avqust 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, “Mehmanxana-Şərq" ASC ilə Şəxs (VÖEN **********) arasında icarə müqaviləsi bağlanmış, ASC otel kimi istifadə etməsi və gəlir əldə etməsi üçun müəyyən edilmiş məbləğdə icarə haqqı ödəmək şərtilə oteli Şəxs icarəyə verilmişdir. Bununla da, Şəxs (VÖEN **********) epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantın rejimlərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X3 çıxış edərək bildirmişdir ki, Nazirlər Kabinetinin 05.03.2022-ci il tarixli qərarı ilə karantin rejimi ilə əlaqədar bütün qoyulmuş məhdudiyyətlər aradan qaıdırılmışdır. Peyvəndlə bağlı heç bir qərar qəbul olunmamışdır. Bu sadəcə tövsiyə xarakterlidir. Peyvəndin vurulması isə könüllülük prinsipi əsasındadır. 25 avqust 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, “Mehmanxana-Şərq" ASC ilə Şəxs (VÖEN **********) arasında icarə müqaviləsi bağlanmış, ASC otel kimi istifadə etməsi və gəlir əldə etməsi üçun müəyyən edilmiş məbləğdə icarə haqqı ödəmək şərtilə oteli Şəxs icarəyə verilmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli Qərarında dəyişiklik edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən: dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb olunur: -mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri; -mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri; Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVİD-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir. Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportunun olması tələb olunur; Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər: -ictimai iaşə müəssisələrində; -mehmanxanalarda; -iri ticarət mərkəzlərində. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən “Gorgud” adlı oteldə X1 ölkəmizdə yayılmış koronavirus (Covıd 19) xəstəliyi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vaksinasıya olunmadığı halda, 31.12.2021 -ci il tarixdə qeyd olunan otelə daxil olarkən otelin işçiləri tərəfindən sonuncunun peyvənd olunub- olmaması yoxlanılmayaraq içəri buraxılmış və ona xidmət göstərilmişdir. İş materialları, habelə Şəxs vermiş olduğu izahatdan da görünür ki, “Mehmanxana- Şərq" ASC ilə Şəxs (VÖEN **********) arasında icarə müqaviləsi bağlanmış, ASC otel kimi istifadə etməsi və gəlir əldə etməsi üçun müəyyən edilmiş məbləğdə icarə haqqı ödəmək şərtilə oteli Şəxs icarəyə verilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar