Məhkəmə qərarları › İş №3(005)-4659/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4659/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4659/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, “X3” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Komersiya Məhkəməsinin e-2-2(113)-3346/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Komersiya Məhkəməsinin e-2-2(113)-2942/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Komersiya Məhkəməsinin e-2-2(113)-528/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədləri borclu tərəfindən icra edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazirki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MN seriyalı ******* nömrəli 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol “X3” MMC barəsində tərtib edilmişdir. Protokolda “X3” MMC-nin VÖEN-i ********** olaraq qeyd olunmuşdur. Lakin “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, ********** VÖEN "xxxx" MMC-yə məxsusdur. Məhkəmə həmçinin onu da qeyd edir ki, tərtib edilərək məhkəməyə göndərilən protokolda müvafiq dəyişikliklər edilmişdir ki, bu halda qeyri-müəyyənliyə səbəb olur. Odur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin nəzərinə çatdırır ki, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, həmin çatışmamazlıqların aradan qaldırılması qanunvericiliyin tələbinə əsasən inzibati araşdırma aparan orqanın üzərinə düşür. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati İnzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X3” MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dar inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinə qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar