Məhkəmə qərarları › İş №3(005)-466/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-466/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-466/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Əmək və X4 Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X2, Şəxs MMC-nin vəkili və nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 04 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən X5 xx.xx.2024-cü il tarixdən X6, X3, X7, X9 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Rüspublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X11 protokola uyğun çıxış edərək, protokolun əsaslı olduğunu və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili və nümayəndəsi X10 protokolun əsassız olduğunu, protokolda adları qeyd olunan şəxslərin hər biri ilə əmək müqaviləsi bağlandığını və daha sonradan fəaliyyətlərinə xitam verildiyini qeyd etmişdir. Nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarında müvafiq icazə alınaraq işə cəlb olunmuş, 20 noyabr 2024-cü il tarixdən də qeyd edilən əraziyə getməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarında müvafiq icazə alınaraq işə cəlb olunmuş, əmək müqaviləsi bağlanmışdır, daha sonra isə işdən çıxmışdır 2025-ci ilin yanvar ayında işdən çıxmışdır. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarında müvafiq icazə alınaraq işə cəlb olunmuş, 27 yanvar 2025-ci il tarixə kimi işləmiş,daha sonra isə işdən çıxmışdır. Məhkəmə iclasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 04 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyə kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasında protokol tərtib edilmiş, X5, X6, X3, X7, X1 hansı işə cəlb olunması məsələsi araşdırılmadan, ümumiyyətlə qeyd olunan şəxslərin işə cəlb olunub-olunmaması, həmin vaxt harada işləməsi müəyyən edilmədən səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X8 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxslərin hüquqi şəxs tərəfindən hansı əməyə cəlb olunub-olunması araşdırılmamış, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 04 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar