Məhkəmə qərarları › İş №3(005)-4663/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4663/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4663/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-03195/25 nömrəli, 28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AZ1052, ünvan 1 ünvanında (inzibatı xətanın törədildiyi yer vaxt və bu xətanın mahiyyəti) qeydiyyatda olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin “ünvan 2 ünvanında yerləşən anbarına daxil olmuş müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşən 13 gömrük bəyannaməsi üzrə **********1317, **********1201, **********1132, **********1234, **********1266, **********1294, **********1311, **********0447, **********8712, **********1103, **********1281, **********50069, **********1301 bəyan olunan yüklərin icazə verilən istifadə müddətinin bitərək ölkə ərazisindən çıxarılmadığı barədə əldə edilmiş məlumatla bağlı həmin anbar-baza ərazisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman 7 gömrük bəyannaməsi üzrə **********1294, **********1311, **********11266, **********1234, **********1132, **********1317, **********1201 qeyd olunan avtonəqliyyat vasitələri və texnikaları anbar-baza ərazisində olsa da 6 gömrük bəyannaməsi üzrə **********0447, **********8712, **********1103, **********1281, **********1301, **********5069 bəyan olunan nəqliyyat vasitələrinin anbarda olmadığı müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, **********1317, **********1201, **********1132, **********1234, **********1266, **********1294, **********1311, **********0447, **********8712, **********1103, **********1281, **********50069, **********1301 sorğu nömrəli gömrük bəyannamələri ilə 2019-cu ildə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 2021-ci ilin aprel və iyun aylarında bitmiş, lakin hüquqi şəxs tərəfindən həmin yüklərin öhdəlik müddətinin uzadılması və ya digər gömrük proseduru altında rəsmilədirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokolda qeyd edilən nəqliyyat vasitələrinin ölkə ərazisindən çıxarılma tarixi xx.xx.2021-ci ildir. Buna baxmayaraq inzibati xəta haqqında protokol 4 il sonra yəni, xx.xx.2025-ci ildə tərtib edilmişdir. Göründüyü kimi qanunvericiliyində göstərilən inzibati məsuliyyətə cəlb etmə müddəti artıq ötürülmüşdür. Yekunda hüquqi şəxsin barəsində müddətin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin “ünvan 2 ünvanında yerləşən anbarına daxil olmuş müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşən 13 gömrük bəyannaməsi üzrə **********1317, **********1201, **********1132, **********1234, **********1266, **********1294, **********1311, **********0447, **********8712, **********1103, **********1281, **********50069, **********1301 bəyan olunan yüklərin icazə verilən istifadə müddətinin bitərək ölkə ərazisindən çıxarılmadığı barədə əldə edilmiş məlumatla bağlı həmin anbar-baza ərazisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman 7 gömrük bəyannaməsi üzrə **********1294, **********1311, **********11266, **********1234, **********1132, **********1317, **********1201 qeyd olunan avtonəqliyyat vasitələri və texnikaları anbar-baza ərazisində olsa da 6 gömrük bəyannaməsi üzrə **********0447, **********8712, **********1103, **********1281, **********1301, **********5069 bəyan olunan nəqliyyat vasitələrinin anbarda olmadığı müəyyən olunmuşdur. 00100-03195/25 nömrəli, 28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, **********1317, **********1201, **********1132, **********1234, **********1266, **********1294, **********1311, **********0447, **********8712, **********1103, **********1281, **********50069, **********1301 sorğu nömrəli gömrük bəyannamələri ilə 2019-cu ildə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 2021-ci ilin aprel və iyun aylarında bitmiş, lakin hüquqi şəxs tərəfindən həmin yüklərin öhdəlik müddətinin uzadılması və ya digər gömrük proseduru altında rəsmilədirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 2019-cu ildə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 2021-ci ilin aprel və iyun aylarında bitmiş, lakin hüquqi şəxs tərəfindən həmin yüklərin öhdəlik müddətinin uzadılması və ya digər gömrük proseduru altında rəsmilədirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Bununla da hüquqi şəxs tərəfindən gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla əməliyyatlar aparılmışdır. Lakin buna baxmayaraq Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarında sübut hesab olunan 00100-03195/25 nömrəli, 28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda belə məhz protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən qeyd edilmişdir ki, müvəqqəti idxal xüsusi gömrük proseduru ilə rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti 2021-ci ilin aprel və iyul aylarında bitmişdir. Lakin hüquqpozma faktı rəsmiləşdirmə mərkəzi tərəfindən vaxtında aşkar olunmamış və inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra 2024-cü ilin dekabr ayında aşkarlanmışdır. Göründüyü kimi məhkəmə iclasında araşdırma zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın məhz özünün protokolu ilə hüquqi şəxs tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi halı qeyd edilmişdir. İXM-in: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 53.1.6, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-03195/25 nömrəli, 28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar