Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-469/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 barəsində Bakı şəhər DYPİ-nin əməkdaşı X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, barəsində Bakı şəhər DYPİ-nin əməkdaşı X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə Kövkəb Səfərəliyeva küçəsi ilə Neftçilər prospektinin kəsişməsində ona məxsus “Kia CEED” avtomobili ilə hərəkət edərkən saat 09:33 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ Müşayiət- Eskort bölüyü YPX baş inspektoru X4 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun yolayrıcını keçmə qaydalarının tələblərinin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə xx xxxxxx 2020-ci ildə BPİ-də baxılsa da, əsaslandırmadan və heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 41-ci bəndinin tələblərini pozmaqla 60 manat (3 bal) məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. xx xxxxxx 2020-ci il tarixdə protokoldan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə işə hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi və Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə baxılmış, dəfələrlə sorğu göndərilməsinə baxmayaraq işə dair dəlil olaraq video material təqdim olunmamış və nəticədə şikayətin qismən təmin olunması qərarı verilmişdir. İş yenidən baxılması üçün Bakı Şəhər Dövlət X10 tapşırılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı Şəhər Dövlət X7 işə polis kapitanı X1 tərəfindən baxılmış və yenidən eyni məzmunlu qərar qəbul edilərək 60 manat (3 bal) məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Qeyd etmək istəyir ki, BPİ-də ona göstərilən video görüntüdən də aydın şəkildə görünür ki, o, yolayrıcına girərkən idarə etdiyi minik vasitəsini tam dayandırır, arxadan gələn nəqliyyat vasitələrinə baxır. Arxadan gələn nəqliyyat vasitəsi yolayrıcına çatmamışdan əyləcə basaraq sürətini azaldır, onun sürətini azaltdığını gördüyü üçün yolayrıcına çıxır və hərəkəti davam etdirir. Arxadan gələn nəqliyyat vasitəsi onun etdiyi manevr hərəkətinə görə nə qəfil hərəkət istiqamətini dəyişir nə də ki, qəfil əyləcə basır. Heç bir maneə görmədən hərəkəti davam etdirirlər. Qeyd etdiklərini nəzərə alaraq barəsində Bakı şəhər DYPİ-nin əməkdaşı X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X8 Müşayiət-Eskort bölüyü YPX baş inspektoru X5 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, X6 tərəfindən xx.xx.2020-ci tarixdə, saat 09:33-də Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Dövlət X8 əməkdaşı X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X2 barəsində tərtib edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X6 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri BPİ-nin Dövlət X8 əməkdaşı X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-469/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-469/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver