Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4698/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Ekol Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 28 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, poçt izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Ekol Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, AR ƏƏSMN yanında DövbL Ə mok Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi (ərəfindən “Mopedo.AZ MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən hüquqi şəxs tərəfindən vətəndaş X4 şikayəti əsasında “Mopedo.AZ" MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-67350/2025 nömrəli göndərilən məktubda qeyd edilən sənədlərin 7 iş günü müddətində təqdim edilməsinin tələb olunması, lakin sənədlərin tam təqdim olunmaması “müəyyən olunmuşdur”. Bu əsasla, “Mopedo.AZ" MMC İXM- nin 539.3-cü (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla haglı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tanı düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə bu məcəllənin 602.4 maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunmuşdur. Belə ki, ilkin cavab məktubu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla göndərilmiş və tələb olunan sənədlər siyahıya uyğun tərtib edilsə də, sənədlərin onların göndərdiyi formanın qənaətbəxş hesab edilmədiyi bildirilmiş, yenidən sənədlər onlardan tələb edilmiş və tərəfindən xx.xx.2025-ci ildə tələb olunan formada, eyni zamanda əlavə sənədlər də göndərilmişdir. Yəni səlahiyyətli orqanın “natamam” adlandırdığı əslində “sənədin forma tələbidir”. Belə ki, qoşmaya əlavə etdiyi sənədlərin üzərində rəqəmlənmiş rəqəmlər müvafiq olaraq tələb olunan siyahıda yuxanda qeyd olunan ardıcıllığa uyğundur. Tərəfindən 1-ci və 2-ci bənd üzrə tələb olunan hesablanma cədvəli və DSMP-yə göndərilmə sənədi təqdim edilmişdir. Ödənişin edilmə təsdiqi isə müvafiq olaraq Ödəniş tapşırıqlarından da aydın görünür. Hətta xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından da görünür ki, işçiyə tərəflərindən gecikməyə görə əlavə məbləğ də ödənilmişdir. Müvafiq sənədlər səlahiyyətli orqana göndərilsə də sadəcə səlahiyyətli orqanın forma və məzmuna uyğun hesab etmədiyi üçün natamam sayılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, poçt izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X6 əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə X8 aid sənədlərin 7 iş günü ərzində X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, səlahiyyətli orqan tərəfindən tələb olunan sənədlər hüquqi şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir. 1) ə/q müvəqqəti itirilməsinə görə 14 günə qədər olan ödənişin hesablanıb ödənilməsini təsdiq edən sənədlərin surəti; 2) ə/q müvəqqəti itirilməsinə görə 14 gündən sonrakı dövr üçün DSMF-yə müvafiq sənədlərin göndərilməsini təsdiq edən sənədlərin surəti; 3) işçi tərəfindən təqdim edilmiş ə/q müvəqqəti itirilməsinə görə sənədlərin surəti; 4) məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə və əmrin surəti; 5) məzuniyyət haqlarının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti; 6) son haqq-hesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti; Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirİ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Belə ki, iş materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən müvafiq sənədlər səlahiyyətli orqana tərtib edilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-4698/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4698/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver