Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-47/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytca İmamhüseyn qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş hüquqi şəxsin qanuni təmsilçisi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs və onun vəkili “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında 25 dekabr 2024-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 12:30-da ünvan 1 ünvanında Ali Məhkəməsnin 2- 2(102)-80/2023 saylı icra sənədi üzrə tələbin icrası borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tələb olunmuş, lakin Şəxs vəzifəli şəxs kimi icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-80/2023 nomrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "RR inşaat' MMC-dən 1.206638,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "MGH inşaat Taahhüt Ticaret Limited Şirketi'nin xeyrinə ödənilməlidir.İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş hamın tarixdə icraata başlamaq haqqında qərar qabui edilərək tələbin könüllü icra olunması uçun borclu "RR İnşaat’ MMCnin ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqırote qərar "xxxx" MMC-nin rəhbəri Şəxs oğtu tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən "xxxx" MMC -nin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı məlum olmuş, borclunun adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evi aşkar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin əmlak üzərinə həbs qoyulmuş qərardad icra edilməsi müvafiq orqana göndərilmişdir. İcra araşdırması zaman qeyd edilən daşınmaz əmlakın "Paşa Bank- ASC-də götürülmüş kredit əsasında ipoteka ilə yüklü olduğu müəyyən olunmuş bu səbəbdən həmin əmlakla bağlı tədbirlər dayandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ‘RR inşaat’ MMC 10R-851 qeydiyyat nişanli T-170 markalı buldozerin olması, müəyyən edilmiş, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin əmlak üzərinə həbs qoyulmuş, qərardad icra edilməsi üçün müvafiq orqana göndərilmişdir. Borclunun, bank hesabları ilə bağlı bir neçə dəfə inkasso sərəncamları qəbul edilərək icra olunması üçün müvafiq banklara göndərilmiş, lakin borclunun bank hesablarında vəsait aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin rəhbəri Şəxs pğlundan izahat alınmş, Şəxs izahat alınmış, Şəxs izahatında ‘RR inşaat’ MMC-nin 2 ilə yaxındır faəliyyətini dayandırdığını, şirkətin bir çox öhdəliklərinin olduğunu, şirkət fəaliyyətini bərpa edərsə icra sənədinin icra ediləcəyini, üzərinə həbs qoyulmuş 10R-851 qeydiyyat nişanli T-170 markalı buldozerin onun rəhbəri təyin olunmamışdan əvvəl etibarnamə əsasında satıldığını, hal-hazırda borcu ödəmək iqtidarında olmadığını izahatında qeyd etmişdir. Beləliklə borlcu ‘RR inşaat’ MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək şəxs barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin qanuni təmsilçisi X3 bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs kifayət qədər şərait yaradılmışdır ki, icra sənədi icra olunsun, həmçinin onun tərəfindən ödənilməli olan məbləğin hissə-hissə ödənilməsinədə razdırlar. Lakin şəxs tərəfindən icra sənədi icra edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs bildirmişdir ki, hal-hazırda müəssisə qazanc olmaması səbəbilə fəaliyyətini dayandırmışdır. Müəssisənin fəaliyyəti bərpa edildikdən sonra icra edəcəkdir, icra sənədinin icrasından boyun qaçırmışdır. Qeyd edilən halların nəzərə alınmasını və ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)- 80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu "RR inşaat' MMCdən 1.206638,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “MGH inşaat Taahhüt Ticaret Limited Şirketi” nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin "xxxx" MMC-nin tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-101/2023 saylı qərardadından görünür ki, Ali Məhkəməsinin 2-2(102)-80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası təmin edilməsi məqəsi ilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1095 saylı bağ evinin üzərinə həbs qoyulmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" MMC rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək borcunu ödəməmişdir. Bundan başqa məhkəmə qərarı ilə borcun hissə-hissə ödənişi nəzərdə tutulmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC direktoru Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-47/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-47/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver