Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4710/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mülkiyyətində olan “TOYOTA PRİUS” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumatı əldə etmək üçün hüquqi şəxsin ünvanına sorğu göndərmiş, lakin inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat 5 gün müddətində rəsmi qaydada təqdim edilməmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəbərnamədə imzası olan “Əliyev” soyadlı şəxsi tanımır, onunla heç bir əlaqəsi yoxdur. Belə bir şəxs Şəxs MMC-də fəaliyyət göstərmir. Şəxs MMC-nin ünvanı AZ1007, ünvan 1 ünvanda da yaşlı nənəsi qalmaqdadır. Nənəsi yaşlı olduğundan xəbərnaməyə “Əliyev” yazıb, imza çəkməsi qeyri-mümkündür. Göstərilən halı nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, hüquqi şəxsin ünvanına bütün məktublar AZ1007 poçt indeksi üzrə daxil olur. Bu məktub da ünvana daxil olsaydı dərhal bu barədə məlumatlı olar və vaxtında cavab verilməsini təmin edərdilər. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərinə dair məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin X3 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 45/55, mənzil 12 ünvanına göndərilmiş, xx.xx.2025-ci il tarixdə şəxsən “Əliyev (qeydiyyatçı)” soyadlı şəxsə verilmişdir. SX047416085AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub xx.xx.2025-ci il saat 14:31-də AZ1072 poçt məntəqəsi tərəfindən qəbul edilərək xx.xx.2025-ci il saat 12:41-də AZ9095 mübadilə məntəqəsinə təqdim edilmiş, xx.xx.2025-ci il saat 12:09-da AZ1110 poçt məntəqəsinə daxil olmuş, xx.xx.2025-ci il saat 16:20-də AZ1110 Şəxs-a çatdırılmışdır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ1007, ünvan 3üquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən hərəkətsizliklə törədilən xətalara aiddir. Bu maddənin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətinə verilməsi üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusunun daxil olması mütləq şərtdir ki, səlahiyyətli orqan məhz ilk növbədə bu faktı təkzib edilməz, mötəbər dəlillərlə sübuta yetirməlidir. Bundan sonra isə müvafiq sorğunun daxil olduğu vaxtdan 5 gün müddətində qanunla öhdəliyi müəyyən edilmiş şəxslər tərəfindən məlumat verilmədikdə inzibati xəta törədilmiş hesab edilir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən sorğu Şəxs MMC-nin ünvanına aid AZ1007 poçt indeksi üzrə deyil, AZ1110 poçt indeksi üzrə çatdırılmışdır. Hüquqi şəxsin nümayəndəsi isə qeyd olunan məktubun onlara çatmadığını, bütün məktubların ünvana AZ1007 poçt indeksi üzrə daxil olduğunu bildirmişdir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən və iş materiallarında sorğu məktubunun hüquqi şəxsə çatmasını təsdiq edən mötəbər və təkzibedilməz sübut olmadığından məhkəmə hesab edir ki, hazırda məktubun hüquqi şəxsə çatması yalnız onun xeyrinə həll edilməli olan şübhədən ibarət olduğuna görə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən qeyd edilir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Beləliklə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4710/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4710/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver