Məhkəmə qərarları › İş №3(005)-4722/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4722/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4722/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYP şöbəsi tərəfindn Şəxs ASC barəsində İXM-nin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs ASC tərəfindən səlahiyyətli orqanın sorğusuna 5 gün ərzində cavab verilməmiş, bununla da İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək, sözügedən sorğunun hüquqi şəxsə çatdırıldığını, bununla bağlı xəbərnamə mövcud olduğunu, lakin hüquqi şəxsin sorğuya cavab vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 protokola etiraz edərək, Nərimanov DYP şöbəsi tərəfindən onlara göndərilmiş sorğunun xx.xx.2025-ci il tarixdə daxil olduğunu, lakin həmin sorğunun hazırki iş materiallarında olan inzibati xəta ilə bağlı olmadığını, xx.xx.2025-ci il tarixdə saat 11:52-də baş vermiş xəta ilə bağlı olduğunu, həmin sorğunun tərəflərindən icra edildiyini, bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edə biləcəklərini bildirmişdir. Qeyd etmişdir ki, iş materiallarında olan izləmə kodu ilə onlara daxil olmuş məktubdakı izləmə kodu eyni olsa da, sorğu eyni olmamışdırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən mülkiyyətində olan “Range Rover minik” minik markalı, 10AH014 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs ASC-nin mülkiyyətində olan “Range Rover minik” minik markalı, 10AH014 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin X4 Şöbəsindən Şəxs ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs ASC-nin hüquqi ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə “Bəkirov” (mühafizə) adlı şəxs tərəfindən qəbul olunmuşdur. Məktubun izləmə kodu “SX031758351AZ” Şəxs ASC tərəfindən təqdim edilmiş sorğunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:52-də “Range Rover minik” markalı nəqliyyat vasitəsi İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bununla bağlı onlara sorğu ünvanlanmışdır. Sorğunun izləmə kodu “SX031758351AZ” Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-nin 57ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İş materiallarından görünür ki, həqiqətən də Nərimanov RPİ DYPŞ tərəfindən hüquqi şəxs Şəxs QSC-yə sorğu ünvanlanmış və həmin sorğu xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Lakin, Şəxs ASC tərəfindən təqdim edilmiş sorğu sənədindən və məktubdan görünür ki, onlara təqdim edilmiş sorğu xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta hadisəsi ilə bağlı yox, xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta hadisəsi ilə bağlı olmuşdur. Eyniləşdirmə vasitələri ilə yoxlanıldıqda həmin sorğunun izləmə kodunun Şəxs ASC tərəfindən təqdim edilmiş məktubdakı izləmə kodu ilə eyni olması müəyyən edilir. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, Şəxs ASC-nin təqsirliliyi sübuta yetirilmədiyi üçün məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar