Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4735/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 31638025 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 31638025 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və digər materialları nəzərdən keçirərək hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, X1 rayonu, Alıxanlı kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Beləliklə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 31638025 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 122.1, 129.1.3-1 və 129.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 31638025 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-4735/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4735/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver