Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-474/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020 tarixdə binanın həyətində dayandığı halda bir neçə mülki geyimlə şəxs ona yaxınlaşaraq polis olduqlarını bildirmişlər və şəxsiyyət vəsiqəsini tələb etmişlər. O dövrlərdə COVİD-19 virusundan yeni sağaldığını, karantin dövrünü bitirməyini nəzərə alaraq evi tərk etməyi ilə bağlı yoxlama olduğunu düşünmüşdür. Şəxslər şəxsiyyət vəsiqəsinin şəklini çəkərək ərazidən uzaqlaşmışlar. xx.xx.2020 tarixdə, saat 18:26-da telefonuna “Hörmətli Toğrul Vəliyev, Siz, Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-in 211.2-ci maddəsinə əsasən, 0,0. manat məbləğində cərimə olunmuşunuz. Tarix xx.xx.2020, Protokol MN0768300”. mətndə SMS daxil olmuşdur: Arxası ilə də “Hörmətli Toğrul Vəliyev. Sizin MN0768300 protokol üzrə xx.xx.2020 tarixindən etibarən icra qərarı qüvvəyə minib” mətndə SMS daxil olmuşdur. Əvvəl ilk SMSdə yazılan 0.0 manat məbləğini görəndə yalnışlıq olduğunu düşünüb, sonradan isə asanpay.az portalına daxil olduqdan sonra həqiqətən elə bir qərarın mövcud olduğunu görmüşdür. Maraqlı hal odur ki, orada da qərarın mətnində 50 AZN məbləğində cərimə olunduğu qeyd edilib. Portalın “cərimə məbləği” bölməsində isə 100 AZN qeyd edilib. Eyni zamanda törədilmiş inzibati xəta ilə bağlı heç bir sübut, çəkiliş, xüsusi texniki vasitənin görüntüsü, şahid ifadələri və s. portalda yoxdur. Bundan başqa heç bir protokolun surəti ona təqdim edilməmiş və təklif edilməmişdir. Bütün bu ziddiyyətləri nəzərə alaraq Daxili İşlər Nazirliyinin internet saytı vasitəsi ilə əsaslandırılmış şikayət ünvanlamışdır. xx.xx.2021-ci il tarixdə şikayətdə qeyd etdiyi Elektron ünvan ünvanına bu məktub daxil olaraq İnzibati Xəta haqqında protokolun əsaslılığının yoxlanılması və müvafiq qərar qəbul olunması üçün Nərimanov Rayon Polis İdarəsinə vəsatətlə müraciət olunduğu və görülmüş işlərin nəticəsi barədə əlavə olaraq həmin idarə tərəfindən ona cavab veriləcəyi barədə bildirilmişdir. Lakin bu günə qədər nə e-mail nə də məktub vasitəsi ilə heç bir məlumat verilməmiş, işə xitam verilməmiş və hərəkətsizlik edilmişdir. Qeyd etdiklərindən də göründüyü kimi, nə inzibati xəta hadisəsinin olması, nə inzibati xəta törətmiş şəxs, nə də ki inzibati xəta törətmiş şəxsin təqsiri aşkar edilməmiş və sübutlarla təsdiq edilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsas götürülərək barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd etdiklərini nəzərə alaraq Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN ******* protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və X2 həmin xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərar əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolu əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-474/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-474/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver