Məhkəmə qərarları › İş №3(005)-476/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-476/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-476/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdieya Aytac İmamhüseyn qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi və vəkili “Naxçıvan Asan” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xankəndi şəhər prokurorluğundan daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokuroruluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına dair xx.xx.2025-ci il tarixli qərar və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Baş Prokuroruluğunda aparılan araşdırma nəticəsində X1 "xxxx" MMC tərəfindən istehlak hüquqlarının pozulması barədə müraciəti üzrə araşdırma aparılmış və X2 "xxxx" MMC-də əmək müqaviləsi bağlanılmadan 2024-cü ilin sentyabr ayının 16-dan həmin ilin oktyabr ayının 3-dək xadimə işlədiyi, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağladığı müəyyən edilmişdir. Bununla əlaqədar "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin vəkili Nümayəndə qərara etiraz edərək bildirmişdir ki, X2 qeyd edilən müəsisəyə bir neçə dəfə iş şəraiti ilə tanış olmağa gəldiyini, daha sonra müqavilədə qeyd edilən tarixdə onunla əmək müqaviləsi imzalandığını, bundan sonra işlərə cəlb edilsiyini söyləmişdir. Qeyd olunanların nəzərə alınmasını və qərar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokuroruluğunun nümayəndəsi gəlməmiş bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini uyğun hesab etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, əvvəllər Kəpəz klinikasında xadimə işləmişdir, daha sonra işdən çıxmış və "xxxx" MMC-yə iş üçün müraciət etmişdir. Daha sonra onunla əmək müqaviləsi bağlanmış və işlərə cəlb olunnmuşdur. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlandığını bildirmişdir. Müqavilənin bağlanmamışdan əvvəl tanışlıq üçün Apaydın Tatil» MMC-yə tanışlıq üçün getdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, prokurorluqda verdiyi izahatı özü oxumuşdur və imzalamışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin mütəxəssisi X3 bildirmişdir ki, X4 ilə əmək müqaviləsi bağlanılaraq MMC-də xadimə vəzifəsinə işə başlamışdır. 2024-cü ilin oktyabr ayından "xxxx" MMC-də xadimə işləyir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, prokurorluqda veridyi izahatını oxumadan imzaladığı üçün orada nə yazıldığını bilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, X4 həqiqətən də qeyd edilən müəssisədə əmək müqaviləsi bağlanılmadan əvvəl müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən X4 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Baş Prokuroruluğu Cinayət təqibindən kənar icraatlar idarəsində X4 tərəfindən, eləcə də MMC-in işçiləri Günay Şahbazovanın, Nurlana Abdullayevanın, Zəhra Əhmədovanın verdikləri izahatlarından aydın olur ki, X4 əmək müqaviləsinin bağlandığı tarixdən əvvəl müəssisədə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə isə məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, işəgötürən "xxxx" MMC tərəfindən X4 əmək müaviləsi bağlanmamışdan əvvəl müəssisənin işlərinə cəlb edilmişdir. Bu proses iş materiallarında olan möhtəbər sübutlarla, o öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında "xxxx" MMC-nin vəkili Nümayəndə tərəfindən X2 əmək müqaviləsi bağlandıqdan sonra işlərə cəlb edilməsi ilə bağlı məhkəməyə təqdim edilmiş etiraz, eləcə də MMC-in işçiləri tərəfindən eyni məzmunlu izahatları məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır və məhkəmədə tədqiq edilən sübutlarla tam təkzib edilir. Məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Baş Prokuroruluğu "xxxx" MMC tərəfindən müvafiq əmək müqaviləsi olmadan şəxsin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında qərar tərtib etmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar