Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4788/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 Bakı şəhəri X4 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə daxil olmuş şikayəti baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X2 məhkəməyə müraciət edərək Bakı şəhəri X4 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayət ərizəsi inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında aydın olur ki. X2 inzibati xəta hadisəsini xx.xx.2025-ci il tarixində, saat 16:27 radələrində Bakı şəhəri, Sarayevo 5 ünvanında törətmişdir. Həmçinin iş materiallarında inzibati xəta haqqında qərara şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatət yoxdur. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, X1 inzibati xətanı törətməsinə dair şikayət ərizəsinə baxılması üçün inzbati xətanın törədildiyi yer üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-4788/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4788/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver