Məhkəmə qərarları › İş №3(005)-481/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-481/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-481/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, X2 tərəfindən Bakı Nəqliyyat Agentliyinin 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Bakı Nəqliyyat Agentliyinin 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. Həmin qərardan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardan qəbul edilir. İş materialları ilə müəyyən edilir ki, X2 tərəfindən şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı 17 iyun 2021-ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarın barəsində inzibati tənbeh barədə qərar qəbul edilmiş şəxs tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd materiallara əlavə edilmədən şikayət ərizəsi qanunla nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə - xx.xx.2024-cü il tarixdə, yəni 02 il 08 ay sonra məhkəməyə daxil olmuşdur ki, bu da verilmiş şikayətin geri qaytarılması üçün əsasdır. Bununla yanaşı, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 müvafiq qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Bakı Nəqliyyat Agentliyinin 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bakı Nəqliyyat Agentliyinin 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar