Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4816/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X5 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 yol-patrul xidmətinin baş inspektoru X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 yol-patrul xidmətinin baş inspektoru X6 iştirakları ilə, X10 barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, 29 oktyabr 2025-ci il tarixdə mənə məxsus Mercedes-Benz C300, dövlət qeydiyyat nişanı **-NQ-*** olan avtomobilimi idarə etdiyim zaman Nərimanov Rayon Dövlət X16 Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən saxlanılmışdır. Lakin saxlanılma prosesi və sonrakı hərəkətlər qanun pozuntuları ilə müşayiət olunmuş, nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3cü maddəsi ilə əsassız inzibati protokol (№7545437) tərtib edilmişdir. (Qoşma №1). Saxlanılma zamanı polis əməkdaşı "Polis haqqında" Qanunun 13-cü maddəsinin İİİ bəndinin tələblərinə əməl etməmiş, yəni özünü təqdim etməmiş, ad, soyad və rütbəsini açıqlamadan xidməti vəsiqəsini göstərməkdən imtina etmişdir. Bundan əlavə, həmin əməkdaşın davranışı "X15 əməkdaşlarının etik davranış kodeksinin 7.1- ci maddəsinə zidd olmuş, ona qarşı qeyri-adekvat münasibət sərgilənmişdir. Protokolda qeyd olunub ki, guya o nəqliyyat vasitəsində texniki göstəriciləri dəyişdirmiş və ya səs gücünü artıran avadanlıqdan istifadə etmişdir. Lakin protokolda heç bir texniki ölçmə, ekspert rayi, foto/video sübut, radar göstəricisi və ya texniki yoxlama aktı yoxdur. Xətanın mahiyyəti və törədildiyi hallar konkret və aydın şəkildə göstərilməmişdir. Bu hallar İXM-in 100.2 və 100.3-cü maddələrinin pozulması deməkdir və belə protokol prosessor baxımından hüquqi qüvvəsini itirir. Diqqətinizə çatdırıram ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi (Mercedes- Benz C300, dövlət qeydiyyat nişanı 99- NQ-044) avtomobili texniki baxışından keçmişdir. (Qoşma №2). Avtomobil texniki baxışdan keçibsə, deməli, səs gücü və egzoz sistemi normaya uyğundur. Dövlət texniki baxışı zamanı bu göstəricilər rəsmi ölçülür və qeydə alınır. Texniki baxış arayışımda avtomobilin mühərrik, səs sistemi və digər texniki göstəricilərinin normativlərə tam uyğun olduğu təsdiqlənmişdir. Bu fakt inzibati xətanın tərkibini istisna edir, çünki avtomobil texniki baxışdan keçibsə, deməli, səs gücü və egzoz sistemi normaya uyğundur. Dövlət texniki baxışı zamanı bu göstəricilər rəsmi ölçülür və qeydə alınır. Bu səbəbdən, 342.3-cü maddədə nəzərdə tutulan pozuntuya obyektiv olaraq yol verilməmişdir. Avtomobil cərimə meydançasına aparıldıqdan sonra, həmin polis əməkdaşı "məsələni yerində həll etmək istəyirsən, yoxsa yox?" o əvvəlcə nə demək istənildiyini başa düşməmiş, daha sonra onu Nərimanov DYPŞ-nin 9-cu kabinetində oturan polis kapitanı Nümayəndə2 otağına aparmışdılar. Həmin şəxs Ağayev Əhmədə "cərimə 800 manatdır, yerində ödəsən, maşını buraxaram" deyə təklif etmiş, lakin mən imtina etdim. Çünki protokolda cərimə 500 manat göstərilmişdir. Daha sonra 0 "102" xidmətinə rəsmi qaydada şikayət etmişdir. Şikayətdən qısa müddət sonra Nümayəndə2 bu mobil 055 *** ** ** nömrəsindən zəng gələrək, "şikayəti geri götür, cəriməni azaldaq" kimi qeyri-rəsmi və qanunsuz təklif etmişdir. 04 noyabr 2025-ci il tarixində ona özünü Ramiz kimi təqdim edən Nərimanov Rayon Dövlət X16 inspektoru tərəfindən məlumat verilmişdir ki, ona məxsus "Mercedes-Benz C300" markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobil servisə aparılmalıdır. Həmin gün avtomobil cərimə meydançasından götürülərək Babək prospektində yerləşən "Mercedes" servis mərkəzinə gətirilmişdir. Lakin servis əməkdaşları texniki səbəblərdən həmin gün nəqliyyat vasitəsinə baxış keçirilməsinin mümkün olmadığını bildirmişlər. Nərimanov Rayon Dövlət X16 inspektoru tərəfindən təqdim edilmiş məktubda nə tarix, nə də avtomobilin servisə təqdim olunması üçün tarix göstərilməmişdir (Qoşma №3). Bu hal nəticəsində qanun pozuntusuna yol verilmişdir. Belə ki, DYPŞ inspektoru tərəfindən nəqliyyat vasitəsinə yol şəraitində xüsusi texniki vasitələrlə baxış keçirilmədən və fakt yerində sübuta yetirilmədən əvvəlcədən inzibati tədbir görülmüş, cərimə yazılaraq protokol tərtib edilmiş və avtomobili dərhal cərimə meydançasına aparılmışdır. Bundan sonra müəyyən müddət keçdikdən sonra avtomobilinin səsboğucu sisteminə əlavə avadanlıq quraşdırılıb- quraşdırılmaması ilə bağlı servisə təqdim olunması tələb edilmişdir ki, bu da birbaşa qanun pozuntusu hesab edilir. 05 noyabr 2025-ci il tarixində Nərimanov Rayon Dövlət X19 inspektorun iştirakı ilə avtomobilimi cərimə meydançasından yenidən götürülərək Babək prospektində yerləşən "Mercedes" servis mərkəzinə gətirilmiş və baxış keçirilmiş və İcra edilmiş xidmətlərə dair Akt təqdim edilmiş və ümumilikdə ƏDV-siz 65, 91 (altmış beş manat doxsan bir qəpik) ödəniş onun tərəfindən tutulmuşdur. (Qoşma № 5) Servis mərkəzinin əməkdaşları ilə DYP inspektoru arasında tanışlıq münasibətin mövcud olduğunu və servis mərkəzinin əməkdaşı Səməddin adlı şəxslə kənardan, ayaqüstü söhbət aparıldığını müşahidə etmişdir. Bu hal, həmin servis mərkəzinin obyektivliyi və iş prinsiplərinə dair suallar və şübhələr yaratmışdır. Təqdim edilən servis aktında avtomobilin səsboğucu sisteminə müdaxilə olunub, orta qazın ləğv edilib, arxa qazın dəyişdirilib, istehsalçı tərəfindən qulaşdırılan deyil ifadəsi yer almışdır. Lakin bu, mühərrikin səs gücünün normativdən artıq olması və ya təhlükəsizlik tələblərinin pozulması barədə ekspert rəyinə əsaslanmır. İXM-in 342.3-cü maddəsinin tətbiqi üçün tələb olunan əsas mühərrikin səs gücünün artırılmasının faktiki sübutu (akustik ölçmə və ya texniki ekspertiza) təqdim edilməyib. İnzibati məsuliyyətin tətbiqi üçün ekspertiza və ya texniki yoxlama aktı tələb olunur. Servis aktı yalnız rəy xarakteri daşıyır və rəsmi ekspertiza sənədi olmadığı üçün hüquqi qüvvəsi məhduddur. Belə olan halda, qərar subyektiv mülahizəyə əsaslanmışdır. "Müdaxilə" ifadəsi dəqiqləşdirilmədən qeyd edilmiş, "istehsalçı tərəfindən qulaşdırılan deyil" ifadəsi isə qanuni istismar tələblərinin pozulmasını sübut etmir və yalnız hissənin orijinal olmamasına dair subyektiv qiymətləndirmədir. Əgər həmin hissə sertifikatlaşdırılıb və təhlükəsizlik normalarına uyğun istehsal olunubsa, bu inzibati məsuliyyət yaratmır. Nəticədə mənim barəmdə İXM- in 342.3-cü maddəsi ilə əsassız inzibati protokol (№7545437) tərtib edilmiş və onun əsasında Nərimanov Rayon DYPŞ-nin kapitanı Nümayəndə2 tərəfindən 11 noyabr 2025- ci il tarixli TP7632283 saylı inzibati qərar qəbul edilmişdir. (Qoşma №6) Oktyabrın 29-dan bu günə qədər Nərimanov Rayon Dövlət X19 tərəfindən məsələ qanunsuz və qəsdən uzadılmış, mənə məxsus avtomobilin istifadəsi məhdudlaşdırılmış və bu həm maddi baxımdan, həm də işimə, gündəlik fəaliyyətimə və hərəkətimə əngəl yaratmışdır. İXM-in 342.3-cü maddəsinin tətbiqi üçün tələb olunan əsas mühərrikin səs gücünün artırılmasının faktiki sübutu (akustik ölçmə və ya texniki ekspertiza) təqdim edilməmişdir. Buna görə də, inzibati xəta tərkibi sübuta yetirilməmiş hesab edilməlidir. Bu baxımdan, qeyd olunan məlumat avtomobilin texniki nasazlığı və ya normativ tələblərə zidd vəziyyətdə olması barədə hüquqi əsas yaratmır. Odur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X10 bildirmişdir ki, içkili halda polis əməkdaşları tərəfindən saxlanılaraq ona aid olmayan maddə ilə protokol tərtib olunmuşdur. Daha sonra cərimə meydançasına aparılmışdır. Polis əməkdaşlarından bununla bağlı hər hansı sənəd tələb etdikdə təqdim etməmiş, yalnız 2 həftə sonra təqdim etmişlər. Avtomobildə heç bir avadanlıq dəyişdirilməmişdir. Bunu nəzərə alaraq barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 yol-patrul xidmətinin baş inspektoru X11 bildirmişdir ki, X8 məxsus avtomobildə avadanlıq dəyişikliyi olmuşdur. Katalizator, rezonator və arxa qazan ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 yolpatrul xidmətinin baş inspektoru X2 Əhməd Hikmət oğlu ilə eyni məzmunda ifadə vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X10 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş Aktdan aydın olur ki, **- NQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucu sisteminə müdaxilə olunub, orta qazan ləğv edilib, arxa qazan dəyişdirilib, istehsalçı tərəfindən quraşdırılan deyil. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Belə ki, məhkəməyə təqdim edilmiş mütəxəssis aktından da aydın olur ki, avtomobilin konstruksiyasına dəyişiklik edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X5 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X19 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-4816/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4816/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver